UEFA avrokubokları bir şəhərdə keçirmək istəyir

img

29-05-2020 [15:19]


"UEFA-nın fikri budur ki, Çempionlar Liqası və Avropa Liqası 1/4 final mərhələsindən başlayaraq bir oyundan ibarət olsun və bir şəhərdə keçirilsin".

Bunu İspaniyanın "Xetafe" klubunun prezidenti Anhel Torres "Marca"ya açıqlamasında deyib.

O bildirib ki, hələlik qərar rəsmən təsdiqlənməyib. Torres UEFA İcraiyyə Komitəsinin iyunun 17-də avrokuboklar barədə qərar verməli olduğunu xatırladıb. 

Qeyd edək ki, UEFA avrokubokları martın 13-də koronavirus pandemiyası səbəbindən dayandırıb. "Xetafe" Avropa Liqasının 1/8 finalında İtaliyanın "İnter" klubu ilə qarşılaşmalıdır/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR