Prezident İlham Əliyev fərman imzaladı

img

29-05-2020 [11:52]


Prezident İlham Əliyev bu gün fərman imzalayıb.

Mia.az xəbər verir ki, fərmana əsasən, “Dövlət satınalmaları haqqında”qanuna dəyişiklik olunub.

Dəyişikliyə əsasən, istehsal prosesinin qablaşdırma mərhələsi Azərbaycan Respublikasının ərazisində həyata keçirilən dərman vasitələri 2020-ci il iyunun 1-dən 5 il müddətinə “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq güzəştli düzəlişin tətbiqi məqsədilə yerli mal hesab ediləcək. 

Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” qanuna edilən dəyişikliyə əsasən, güzəştli düzəliş qeyri-neft məhsullarının istehsalı sahəsində investisiyaların stimullaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan istehsal prosesinin hər hansı mərhələsi Azərbaycan Respublikasının ərazisində həyata keçirilən mallara da şamil edilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR