Oğuz meşəliyində narkotik bitki becərən iki nəfər saxlanılıb

img

29-05-2020 [10:02]


Oğuz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin aqrotexniki qaydada kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Xaçmazqışlaq kənd sakinləri - Elşad Seyidəliyev və İlkin Atakişiyev saxlanılıb. E.Seyidəliyevin kəndin meşəlik ərazisində ağac və kolların arasında 12, İ.Atakişiyevin isə 10 ədəd xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdikləri çətənə bitkiləri aşkar olunub.

Faktla bağlı Oğuz RPŞ-də saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR