Avropa ölkəsində azarkeşlərin stadiona girişinə icazə verildi 

img

28-05-2020 [16:55]


Futbol üzrə Macarıstan çempionatında azarkeşlər oyunları stadiondan izləyə biləcəklər. 

Macarıstan Futbol Federasiyası xəbər verir ki, fanatlar müəyyən olunmuş qaydalara əsasən tribunalarda yer alacaqlar. 

Hər oturacağın arasında üç boş yer saxlanılmalı, həmçinin azarkeşlərin arxasında və önündə heç kəs oturmamalıdır. Fanatların matçlar zamanı tribunlarda əyləşməsinə klublar qərar verəcək. 

Qeyd edək ki, koronavirus pandemiyasına görə dayandırılan Macarıstan çempionatı mayın 23-də bərpa olunub/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR