ŞAGİRDLƏRİN QİYMƏTLƏRİ NECƏ YAZILACAQ? - Nazir müavini təhsil şöbələrinə 8 bəndlik məktub göndərdi + DETALLAR
27-05-2020 [14:25]
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva rayon (şəhər) təhsil şöbələrinə, Nazirliyin birbaşa tabeliyində olan və olmayan ümumi təhsil müəssisələrinə məktub göndərib.
Məktubda 2019-2020-ci il tədris ilində ümumi təhsil pilləsi üzrə təhsil alanların məktəbdaxili qiymətləndirilməsinin aşağıdaki kimi həyata keçirilməsi tapşırılıb:
1. I sinif şagirdlərinin məktəbdaxili qiymətlidirilməsi aparılmasın. Bununla bağlı olaraq I siniflərin sinif jurnalında heç bir qeyd aparılmasın.
2. II-XI sinif şagirdlərinin tədris ilinin birinci yarımili üçün yarımillik balları və qiymətləri onların tədris ili üzrə müvafiq olaraq illik balları və qiymətləri üçün qəbul edilsin. Məsələn birinci yarımil üzrə müvafiq fənn üzrə balı “60” və qiyməti “3” olan təhsilalanın illik bal və qiyməti də müvafiq balı “60”, qiyməti “3” kimi müəıyyən edilsin.
Ümumi təhsil müəssisəsi cari ilin 1-15 iyun 2020-ci il tarixlərində təhsilalanların illik balları və qiymətlərini sinif jurnalında qeyd edir. Eyni zamanda bütün şagirdlərə qiymətləndirmənin nəticələri barədə məlumat verir.
İllik bal və qiymətlər sinif jurnalında mübvafiq fənlər üzrə “Qiymətləndirmələr” hissəsində, eyni zamanda “Şagirdlərin təlim nailiyyətləri haqqında yekun məlumat” hissəsində “illik” bölmədə qeyd olunur.
3. Bununla yanaşı, məlumdur ki, Təhsil Nazirliyinin 1 may 2014-cü il tarixli 522 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumtəhsil müəssisələrində şagirdlərin sinifdən sinifə keçirilməsi haqqında müvəqqəti qaydalar”a əsasən 1-3 fəndən (fənlərdən) illik “qeyri-kafi” qiymət almış V-VIII və X sinif şagirdlərinə həmin fəndən (fənlərdən) yay tədris tapşırıqları verilir. Eyni zamanda 4 və artıq fəndən illik “qeyri-kafi” qiyməti alan, habelə dərs məşğələlərinə gəlmədiyi üçün biliyi qiymətləndirilməyən V-VIII-X sinif şagirdləri təkrar sinifdə saxlanılır.
Mövcud şəraitdə hər hansı fənn üzrə illik qiyməti “2” olan və bu qiymətlə razılaşmayan V-VIII və X sinif şagirdləri (onların valideynləri və ya qanuni nümayəndələri) illik qiymətin yazıldığı tarixdən 30 gün müddətində məktəbdaxili qiymətləndirmənin təşkili üçün ümumi təhsil müəssisəsinin rəhbərinə müraciət edə bilərlər. Həmin şagirdlərin qiymətləndirilməsi təhsil proqramında (kurikulumda) ikinci yarımil üzrə müəyyənləşdirilmiş məmzun standartları əsasında hazırlanmış qiymətləndirmə vasitələri ilə aparılır. Şagirdin həmin qiymətləndirmədə topladığı ballar onun tədris ili üzrə illik balları kimi qəbul edilir və müəyyən edilmiş müvafiq qiymətə uyğunlaşdırılır.
4. Hər hansı fənn üzrə illik qiyməti “3” və ya “4” olan bu qiymətlə razılaşmayan V-VIII və X sinif şagirdləri (onların valideynləri və ya qanuni nümayəndələri) illik qiymətin yazıldığı tarixdən 30 gün müddətində məktəbdaxili qiymətləndirmənin təşkili üçün ümumi təhsil müəssisəsinin rəhbərinə müraciət edə bilərlər. Həmin şagirdlərin qiymətləndirilməsi təhsil proqramında (kurikulumda) ikinci yarımil üzrə müəyyənləşdirilmiş məzmun standartları əsasında hazırlanmış qiymətləndirmə vasitələri ilə aparılır. Şagirdin tədris ili üzrə illik balları onun həmin qiymətləndirmədə topladığı ballar və tədris ilinin birinci yarımilik ballarının ədədi ortası kimi hesablanır və müəyyən edilmiş müvafiq qiymətə uyğunlaşdırılır. Məsələn, I yarımildə hər hansı fənn üzrə balı “60” olan şagird yenidən qiymətləndirmədə iştirak edərək “80” bal toplamışsa, onun illik balı “70” bal olur və müvafiq olaraq “4” qiymətinə uyğunlaşdırılır.
5. 2019-2020-ci tədris ilinin 1-ci yarımili üzrə ümumi təhsil müəssisələrində üzrlü və ya üzürsüz səbəbdən dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən II-VIII və X siniflər üzrə təhsilalanların məktəbdaxili qiymətləndirilməsi təhsil proqramında (kurikulumda) I yarımil üzrə müəyyənləşdirilmiş məzmun standartları əsasında hazırlanmış qiymətləndirmə vasitələri ilə növbəti tədris ili başlayanadək ümumi təhsil müəssisələri tərəfindən təşkil edilir. Şagirdin həmin qiymətləndirmədə topladığı ballar onun tədris ili üzrə illik balları kimi qəbul edilir və müəyyən edilmiş müvafiq qiymətə uyğunlaşdırılır.
6. 2019-2020-ci tədris ilinin I yarımili üzrə ümumi təhsil müəssisələrində üzrlü və ya üzürsüz səbəbdən dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən IX və X siniflər üzrə təhsilalanların illik balı “30” bal, qiyməti isə müvafiq olaraq “2” müəyyən edilir.
7. Beynəlxalq akkreditə edilmiş proqramlar üzrə və ya xarici ölkələrdə təhsil almış və 2019-2020-ci tədris ilinin II yarımilində dövlət ümumi təhsil müəssisələrində yerdəyişmə etmiş II-VIII və X siniflər üzrə təhsilalanların illikqiyməti ümumi təhsil müəssisələri tərəfindən növbəti tədris ili başlayanadək təşkil edilən qiymətləndirmə nəticəsində müəyyən edilir.
8. Məktəbdaxili qiymətləndirmələr 15-25 avqust 2020-ci il tarixləri arasında ümumi təhsil müəssisələrinin rəhbərləri tərəfindən edilir.
Bu məktubun 3-7-ci bəndləri üzrə qiymətləndirmənin nəticələri (illik bal və qiymətlər) sinif jurnalında müvafiq fənlər üzrə “Qiymətləndirmə” hissəsində növbəti yanaşı sütunlarda , eyni zamanda “şagirlərin təlim nailiyyətləti nhaqqında yekun məlumat” hissəsində “Payız imtahanı” bölməsində qeyd olunur.
Bütün qiymətləndirmələr yükunlaşdıqdan sonra bütün təhsilalanların bal və qiymətləri sinif jurnalının “şagirdlərin təlim nailiyyətləti haqqında yekun məlumat” hissəsində “saatların miqdarı” bölməsində 2019-2020-ci tədris ilinin I yarımili üzrə dərs saatları qeyd olunur.
Qeyd olunub ki, illik qiymətləndirmənin qeyd olunması prosesi və məktəbdaxili qiymətləndirmələr ümumi təhsil müəssisələri tərəfindən “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlərə nəzərə alınaraq təşkil edilməlidir. Yəni təhsilalanlar və təhsilverənlər ümumi təhsil müəssisəsinə gələrkən sanitar-epidemoloji qaydalara riayət etməlidirlər (tibbi maksadan istifadə, məsafənin saxlanılması, çox sayda insanın bir gündə gəlməməsi və s.).
Məktubda bildirilib ki, II-VIII və X siniflərdə məktəbdaxili qiymətləndirmənin nəticələrinə əsasən təhsilalanların sinifdən-sinifə keçirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 1 may 2014-cü il tarixli 522 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində şagirdlərin sinifədən-sinifə keçirilməsi haqqında müvəqqəti qaydalar”a əsasən tənzimlənir/Report
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb
Azərbaycan nefti kəskin ucuzlaşıb
Brazilyada dünyanı heyrətə salan hadisə: ölən əmisini banka gətirib adına kredit götürməyə çalışan qadın tutulub - FOTO
Sumqayıtda dəhşətli hadisə: oğul ata və anasını öldürüb
İSRAİL İRANI YENİDƏN VURUB: niyə İsfahan hədəf alınıb? - Açıqlamalar
Almaniyada şok olay: Rusiyaya casusluq ittihamı ilə iki nəfər həbs olunub - Kanslerdən açıqlama
"Beşiktaş" holland məşqçi ilə anlaşdı - İddia
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı