YAP-ın binalarını kimlər ələ keçirib? -  MƏŞHUR YAP-çı ŞOK TƏLƏBLƏR İRƏLİ SÜRDÜ, "XƏYANƏT" MESAJI VERDİ

img

27-05-2020 [11:57]


Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, sabiq icra başçısı və deputat Musa Musayev hakim partiyanın üzvləri üçün tikilən binalar və təşkilata toplanan vəsaitlərlə bağlı araşdırma aparılmasını tələb edib.

Mia.az xəbər verir ki, bu barədə Musa Musayev sosial çəbədəki hesabında yazıb.

Partiya funksioneri bildirib ki, son günlərin ən çox müzakirə olunan mövzularından biri də jurnalistlərə tikilən evlərin paylanılmasında baş verən qanunsuzluqlardır:

"Mən də çox istərdim ki, YAP əməkdaşları üçün tikilən yaşayış binasındakı evlərin və qeyri-yaşayış sahəsinin kimlərə və hansı şərtlər daxilində verilməsinə aydınlıq gətirilsin. 

Məndə olan məlumata görə, orada da bir neçə mənzil alanlar var. Eyni zamanda, YAP-ın Siyasi Şurasının üzvü kimi bizim bu tikintidən məlumatımızın olmaması, kənar şəxslərə mənzillərin verilməsi nə dərəcədə qanunauyğundur? 

Deyilənlərə görə, Bakının Binəqədi, Nərimanov, Yasamal və Xətai rayonlarında YAP-ın keçmiş binaları da özəlləşdirilib və kimlər tərəfindənsə zəbt olunub( Xatırladaq ki,, YAP-ın Binəqədi təşkilatının sədri Ramiz Göyüşov, Yasamal təşkilatının sədri Tağı Əhmədov, Xətai təşkilatının sədri Hüseynbala Mirələmov, Nərimanov təşkilatının sədri isə Təmraz Tağıyevdir- Mia.az). YAP-ın Nəzarət Təftiş Komissiyası ilə birgə YAP-ın Siyasi Şurası tərəfindən komissiya yaradılmalı və bu məsələlər araşdırılmalıdır. 

YAP-ın Mərkəzi Aparatının və rayon təşkilatlarının maliyyəsi də araşdırılmalıdır ki, toplanan vəsaitlər hara və nəcə xərclənir?

Bu günə qədər bir dəfə də olsun YAP-ın Nəzarət Təftiş Komissiyası maliyyə hesabatı verməyib. Bu, YAP-ın Nizamnaməsinin və Proqramının pozulması deməkdir.

Mən YAP-ın ilk yaradıcılarından biri kimi, Siyasi Şuranın üzvü kimi (1999-cu ilin dekabrından) YAP-ın İdarə Heyyətindən xahiş edirəm ki, bu məsələlərə aydınlıq gətirilsin. YAP Ulu Öndərin bizə təhvil verdiyi yadigardır, ona xəyanət etmək ən böyük qəbahət və cinayətdir"


Digər xəbərlər
SON XƏBƏRLƏR