YAP-ın binalarını kimlər ələ keçirib? - MƏŞHUR YAP-çı ŞOK TƏLƏBLƏR İRƏLİ SÜRDÜ, "XƏYANƏT" MESAJI VERDİ
27-05-2020 [11:57]
Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, sabiq icra başçısı və deputat Musa Musayev hakim partiyanın üzvləri üçün tikilən binalar və təşkilata toplanan vəsaitlərlə bağlı araşdırma aparılmasını tələb edib.
Mia.az xəbər verir ki, bu barədə Musa Musayev sosial çəbədəki hesabında yazıb.
Partiya funksioneri bildirib ki, son günlərin ən çox müzakirə olunan mövzularından biri də jurnalistlərə tikilən evlərin paylanılmasında baş verən qanunsuzluqlardır:
"Mən də çox istərdim ki, YAP əməkdaşları üçün tikilən yaşayış binasındakı evlərin və qeyri-yaşayış sahəsinin kimlərə və hansı şərtlər daxilində verilməsinə aydınlıq gətirilsin.
Məndə olan məlumata görə, orada da bir neçə mənzil alanlar var. Eyni zamanda, YAP-ın Siyasi Şurasının üzvü kimi bizim bu tikintidən məlumatımızın olmaması, kənar şəxslərə mənzillərin verilməsi nə dərəcədə qanunauyğundur?
Deyilənlərə görə, Bakının Binəqədi, Nərimanov, Yasamal və Xətai rayonlarında YAP-ın keçmiş binaları da özəlləşdirilib və kimlər tərəfindənsə zəbt olunub( Xatırladaq ki,, YAP-ın Binəqədi təşkilatının sədri Ramiz Göyüşov, Yasamal təşkilatının sədri Tağı Əhmədov, Xətai təşkilatının sədri Hüseynbala Mirələmov, Nərimanov təşkilatının sədri isə Təmraz Tağıyevdir- Mia.az). YAP-ın Nəzarət Təftiş Komissiyası ilə birgə YAP-ın Siyasi Şurası tərəfindən komissiya yaradılmalı və bu məsələlər araşdırılmalıdır.
YAP-ın Mərkəzi Aparatının və rayon təşkilatlarının maliyyəsi də araşdırılmalıdır ki, toplanan vəsaitlər hara və nəcə xərclənir?
Bu günə qədər bir dəfə də olsun YAP-ın Nəzarət Təftiş Komissiyası maliyyə hesabatı verməyib. Bu, YAP-ın Nizamnaməsinin və Proqramının pozulması deməkdir.
Mən YAP-ın ilk yaradıcılarından biri kimi, Siyasi Şuranın üzvü kimi (1999-cu ilin dekabrından) YAP-ın İdarə Heyyətindən xahiş edirəm ki, bu məsələlərə aydınlıq gətirilsin. YAP Ulu Öndərin bizə təhvil verdiyi yadigardır, ona xəyanət etmək ən böyük qəbahət və cinayətdir"
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb
Azərbaycan nefti kəskin ucuzlaşıb
Brazilyada dünyanı heyrətə salan hadisə: ölən əmisini banka gətirib adına kredit götürməyə çalışan qadın tutulub - FOTO
Sumqayıtda dəhşətli hadisə: oğul ata və anasını öldürüb
İSRAİL İRANI YENİDƏN VURUB: niyə İsfahan hədəf alınıb? - Açıqlamalar