Ermənistanda daha 372 nəfərdə koronavirus aşkarlanıb

img

27-05-2020 [10:55]


Ermənistanda daha 372 nəfərdə koronavirus aşkarlanıb, 7 nəfər ölüb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 7 774-yə yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 7 nəfər artaraq 98-ə çatıb.

Bildirilib ki, indiyədək 3 255 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 4 377 aktiv koronavirus xəstəsi var/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR