"1-ci müavinin rəhbərliyi ilə mənzilimdə həyat yoldaşıma güc tətbiq etdilər" - Qarabağ veteranından Nərimanov İH-yə ittihamlar
26-05-2020 [16:49]
Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi, ev 17 ünvanda yaşayan Məhərrəmov Rəhman Tapdıq oğlu Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Baş prokuror Kamran Əliyevə müraciət edib.
Mia.az xəbər verir ki, o, müraciətin bir surətini də Yenisabah.az-ın redaksiyasına yollayıb.
Şikayətçi yazır ki, 1992-ci ildən Laçın rayonu işğal edilməmişdən əvvəl, yəni, fevral ayından Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi, ev 17 ünvanda ailə üvlərilə yaşayır. Mənzili həmin dövrdə olaraq alqı-satqı ilə əldə edib.
Lakin 2019-cu ilin noyabr ayından Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyəti Başçısının aparatının əməkdaşları həmin mənzilin başqasına məxsus olduğuna bildirərərk Rəhman Məhərrəmovdan oranı boşaltmağı tələb ediblər.
Şikayətçi daha sonra yazır: “26 noyabr 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyəti Başçısının aparatının əməkdaşları yaşadığım mənzilə 10 oktyabr 1996-cı il tarixdə verilmiş sərəncamı əsas gətirərək zorla soxularaq həyat yoldaşıma qarşı güc tətbiq etmişdilər. Bu hadisəyə icra hakimiyyəti başçısının 1-ci müavini rəhbərlik edib.
Bundan sonra biz polisə məlumat verdik. Günlərlə tanımadığımız şəxslər mənzilimizdə qaldılar və biz onları mənzildən çıxarda bilmədik.
Nəzərinizə çatdırımaq istəyirəm ki, sözügedən qanunsuz sərəncamı mübahisələndirmək üçün məhkəməyə müraciət etmişdik. Lakin buna baxmayaraq, mənzi hüquqlarımız pozulmuşdur.
Biz həmin şəxslərə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Nərimanov rayon sektoru tərəfindən 11 mart 2020-ci il tarixli, 30 saylı və Bakı şəhəri Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommmunal Təsərrüfat Departamentinin Nərimanov rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyinin 37 saylı Mənzil-Kommunal İsitismarı Sahəsi tərəfindən verilmiş arayışları ilə təsdiq olunan bizim həmin mənzildə 1992-ci ildən yaşamağımızı subut edən sənədin olmasına baxmayaraq, həmin şəxslər qanunsuz əməllərini davam etdirmişdilər.
Bildirirəm ki, həmin dövrdə qüvvədə olan “Azərbaycan Respublikasında Mülkiyyət haqqında” Azərbaycan Respublikasının 1991-ci il 09 noyabr tarixli Qanununun 10.4-cü maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının ərazisində olan bütün xalq təsərrüfatı sahələrinin müəssisələri, energetika, nəqliyyat və rabitə şəbəkələri (sistemləri), dövlət mənzil fondu, dövlət idarələrinin əmlakı, mədəni sərvətlər və tarix abidələri, infrastruktur obyektləri, o cümlədən kurort-turist təyinatlı obyektlər, dövlətin vəsaiti hesabına yaradılmış digər əsas fondlar, dövlət bankları, maliyyə və kredit ehtiyatları, qiymətli kağızlar və suveren dövlət kimi Azərbaycan Respublikasının qarşısında duran vəzifələri həyata keçirmək üçün lazım olan digər əmlak Azərbaycan Respublikasının dövlət mülkiyyətinə aiddir”.
Rəhman Məhərrəmovun sözlərinə görə, evə girən şəxslər məhkəməyə iddia ərizəsi verərək onun mənzildən çıxarılmasını tələb ediblər: “Nərimanov rayon məhkəməsi Azərbaycan qanunlarını kobud şəkildə pozaraq bizə xəbər vermədən məhkəmə keçirmiş və sırf təsadüf nəticəsində bizim həmin məhkəmədən məlumatımız olaraq işə qoşulmuşduq.
Nərimanov rayon Məhkəməsinin hakimi Vüqar Quliyev sifariş yerinə yetirmiş kimi hərəkət edərək iş üzrə vacib olan subutlarımıza qiymət verməyərək və şahidləri dindirmədən əsassız və qanunsuz qətnamə çıxarmışdır.
Məhkəməyə təqdim edilən sərəncamdan isə görünür ki, mübahisəli mənzil dövlət mülkiyytində olmayıb.
“Qaçqınlar və Məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası prezidentinin 17 sentyabr 1998-ci il tarixli, 895 saylı sərrəncamından irəli gələn dövlət proqramının 2-ci hissəsinin 16-cı bəndində qeyd edilir ki, Məcburi köçkünlərin 1992—1994-cü illərdə müvəqqəti məskunlaşdıqları mənzillərdən çıxarılmasının qarşısının alınması, həmin ailələrin məskunlaşdıqları evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilmiş orderlərin hüquqi qüvvəsinin müvəqqəti dayandırılması. Bu sahəyə hüquq-mühafizə orqanlarının nəzarətinin gücləndirilməsi.
Ümummilli liderimizin sərəncamına məhəl qoymayan Nərimanov rayon İcra Hakimiyyəti başçısı mənzildə yaşayış ola-ola heç bir hüquqi əsas olmadan dövlət mənzil fondinda olmayan, özütikili mənzilə sərəncam verərək bu cür mübahisə yaranmasına əsas yaratmışdır.
Məhkəmə işin hərtərəfli və ədalətli qərar qəbul edilməsi üçün şahid ifadələrinin alınması haqqında verdiyim vəsatəti əsassız olaraq rədd etmişdir.
Bununla yanaşı məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə müraciət etmişdim.
Bunu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinin tələbinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsini göstərmişdim. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsas olmalı idi. Lakin bir daha qeyd edim ki, hakim sifariş yerinə yetirmiş kimi hərəkət edərək hüquqlarımızı kobud pozmuşdur.
Bildirirəm ki, mən Azərbaycanın ərazi bütövlüyü uğurnda döyüşlərdə iştirak etmişəm, müharibə veteranıyam. Mənim və ailəmin hüquqularının bu şəkildə pozulması səhətimdə ciddi fəsadlar törədir”.
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb