Ermənistanda daha 289 nəfərdə koronavirus aşkarlanıb, ölənlər var

img

26-05-2020 [11:03]


Ermənistanda daha 289 nəfərdə koronavirus aşkarlanıb, 4 nəfər ölüb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 7 402-yə yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha nəfər artaraq 91-ə çatıb.

Bildirilib ki, indiyədək 3 220 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 4 052 aktiv koronavirus xəstəsi var/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR