Deputatla professor arasında gərginlik böyüdü - Qarabağ veteranı ilə Elçibəyin köməkçisindən reaksiyalar
25-05-2020 [23:55]
Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, professor Kamil Vəli Nərimanoğlu ilə deputat Fazil Mustafa arasında gərginlik yaşanıb.
Mia.az Yenisabah.az-a istinadla xəbər verir ki, buna səbəb deputat Etibar Əliyevin sosial şəbəkədə Rusiya əsilli ABŞ şairi, Nobel mükafatı laureatı İosif Brodski haqqında yazdığı status olub.
Kamil Vəli Nərimanoğlu İosif Stalinin Brodskini mühacirətə yolladığını qeyd edib. Lakin ona Stalin dünyasını dəyişəndə Brodkinin 13 yaşı olduğu xatırladılandan sonra yazdıqlarına düzəliş edib.
Bu zaman Fazil Mustafa professoru tənqid edib: “İndiyədək bir orijinal mətnə sahib olmayan bu savadsız "professor" həmişə bu cür səviyyəsiz atmacalarla müzakirələrə qatılaraq bir düşüncə adamı olduğunu qabartmağa çalışır. İnanın ki, Brodskinin bir misrasını belə anlayacaq zəkaya sahib deyil"
Kamil Vəli Nərimanoğlunun deputata cavabı sərt olub: “Sən mənim ikinci, üçüncü dərəcəli tələbələrimin də əlinə su tökə bilməzsən. Sən adi diletantsan, bu ayıb deyil, satqın olmaq cox böyük ayıbdır. Qulağında sırğa olsun. Rəhmətlik Elçibəyin sənin kitabın haqqında müzakirədə dediyi sözü və rəhmətlik Fuad Qasımzadənin dediyi sözləri yazmıram. Dad yarımçıq əlindən. Bir gün gələcək satdığın əqidə dostlarının qabağında diz çöküb ağlayacaqsan. İnşallah. Fetoçu dostlarından da yazmıram. Mənə yaraşmaz. Get işinlə məşgul ol”.
Fazil Mustafa professorun bu yazdığını da cavabsız qoymayıb: “Kamil Vəli, sən kiməsə dərs deyə bilərsən, ancaq sənin tələbən ola bilməz. Çünki savadsız və rüşvətxor adamın tələbəsi olmur. Universitetə xeyli özün kimi savadsızın rüşvətlə qəbul olmasında roluna görə səni hərəkat vaxtı tələbələr yaxına buraxmırdılar. Yalnız Əbülfəz bəyin xahişindən sonra sənə salam vermək əziyyətinə qatlandıq. Azərbaycan dilçiliyində Dəmirçizadənin, Şirəliyevin, Ağamusa Axundovun tələbəsi ola bilər, Kamil Vəlinin yox. Azərbaycan tarixində adının qarşısına Kərbəlayi sözünü yazan yeganə professor-saxtakarsan. Oradan-buradan köçürdüyün mətnlərlə özünə alim də deyə bilərsən, ancaq bütün titullarını məhz həyatının təməl fəlsəfəsinə çevrilmiş "girmək"lə əldə etmisən. Bizim hakimiyyətdə yeganə adam oldun ki, vəzifəni qoruyub saxlamaq üçün hər vasitəyə əl atdın və bütün vasitələrlə H.Əliyevə yaltaqlanmağa çalışdın ki, vəzifədə saxlasın. O isə birinci səni qovdu. Satqınlığın təməlini orada qoymusan. İnşallah, bir fürsət olar, hansısa debatda sənin savadsız, əsərləri plagiat və əqidəsiz bir kimlik olduğunu çox rahatlıqla ortaya qoyaram”.
Deputatla professor arasında yaşanan gərginliyə Qarabağ müharibəsi veteranı, tanınmış ziyalı Vaqif Əlisoy da münasibətini açıqlayıb.
Vaqif bəy Mia.az-a açıqlamasında deputat Fazil Mustafanın professor haqda iddialarını qəbul etmədiyini bildirib:
"Fazilin dediklərini AXC-nin Cəbrayıl şöbəsinin keçmiş sədri, AXC Ali məclisinin keçmiş üzvü, cəbrayıllı ziyalı və Qarabağ veteranı kimi rədd edirəm. Əbülfəz bəy Kamil müəllimin ən inandığı, dəyər verdiyi Azərbaycan ziyalılarından biri olub. Onun Cəbrayıldakı toyunda da iştirak edib. Şəxsən mənimlə söhbətlərində Elçibəy Kamil bəy haqda həmişə xoş sözlər deyib.
Bununla bərabər, bunu da xüsusi qeyd edim ki, Fazil Mustafanın iddiaları ilə bağlı mərhum Əbülfəz Elçibəyin köməkçisi olmuş Oktay Qasımov şəxsən mənə yazıb.
Oktay bəyin yazdığını olduğu kimi sizə təqdim edirəm: "O vaxt Kələkiyə zəng edən Kamil müəllim istefa vermək istəsə də, ondan işini davam etdirməyi Bəy istəmişdi. Çünki test üsulunun ləğvi məsələsi gündəmdə idi. Bəy də Kamil müəllimdən test üsulunun saxlanılması üçün əlindən gələni etməsini istəmişdi. Vallah, sözün bitdiyi yerdir".
Oktay bəy haqlıdır, həqiqətən sözün bitdiyi yerdir. Başqa sözlə desək, Fazil Mustafanın dediklərinin heç bir əsası yoxdur...".
Mia.az
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır