Ermənistanda bir gündə COVID-19-a 452 nəfər yoluxub - 6 nəfər ölüb

img

25-05-2020 [10:57]


Ermənistanda daha 452 nəfərdə koronavirus aşkarlanıb. Bu ölkədə gündəlik qeydə alınan rekord yoluxma halıdır.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 7 113-ə yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 6 nəfər artaraq 87-ə çatıb.

Bildirilib ki, indiyədək 3 145 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 3 842 aktiv koronavirus xəstəsi var/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR