Deputat xidməti kabinetində güllələndi - Ukraynada daha bir siyasi qətl + FOTO

img

23-05-2020 [21:40]


Ukrayna Ali Radasının deputatı Valeri Davidenkonun kabinetində cəsədi aşkarlanıb.

Newsua.ru xəbər verir ki, bu barədə deputatın sosial şəbəkədəki şəxsi səhifəsində bildirilib.

Qeyd edilib ki, deputat Davidenko Valeri Nikolaeviçin kabinetində meyiti tapılıb: “Hadisə araşdırılır. Təxminən bir saat əvvəl Davidenkonun cəsədi xadimə qadın tərəfindən aşkar edilib”.

Onun güllə yarasında dünyasını dəyişdiyi bildirilir.

Davidenko 16 mart 1973-cü ildə anadan olub. Əvvəllər Petro Poroşenkonun blokunda təmsil olunurdu/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR