Partiya sədri KTN rəhbəri olmaq istəyir: "Hər kəsin var-dövləti vəzifədən gedəndən sonra üzə çıxır..."

img

23-05-2020 [19:17]


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Yenisabah.az-a müsahibəsində kənd təsərrüfatı sahəsindən danışıb.

O, nazir İnam Kərimovun "bostanına daş atmaq"la kifayətlənməyib, onun yerinə iddiasını da açıqlayıb.

Mia.az onun "Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev dövlət başçısına müraciət edərək Müdafiə naziri olmaq istədiyini dilə gətirib. Bəs siz özünüzü hansı posta layiq hesab edirsiniz?", - sualına verdiyi cavabı təqdim edir:

"Biz ölkədəki ən yüksək postlara layiq olan insanlarıq. Məsələn, əgər bu gün respublikada Ərzaq Təminatı və Kənd Təsərrüfatı Komitəsi yaradılsa, mən oraya rəhbərlik edərəm. Azərbaycana xaricdən gələn malların qarşısı alınar, ölkənin öz taxılı, kartofu, soğanı, əti olar. Bu gün ətin qiyməti 14 manatdır, mən rəhbər olsam, ətin qiyməti 6-7 manat olar. Bizdə görülüb ki, hər kəsin var-dövləti vəzifədən gedəndən sonra üzə çıxır...".


Digər xəbərlər
SON XƏBƏRLƏR