Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
23-05-2020 [00:05]
Qoç - hamının yararlandığı metodlardan istifadə etməyin. Öz strategiyanızı hazırlayıb reallaşdırmağa başlasanız, uğura nail ola bilərsiniz. Yaradıcılıq potensialınızı gerçəkləşdirin. Yaxın ətrafınızdakı insanların güman etmədikləri bacarıqlarınızı nümayiş etdirin. Bütün problemləri asnalıqla həll edəcəyinizi düşünməyin.
Günün ikinci yarısında bəzi çətinlikləri çözmək üçün baş sındırmalı olacaqsınız.
Yaşlı qohumlarla ixtilaflar ola bilər. Sizi tənqid edirlər. Sakit, səbrli və soyuqqanlı olun. İradlara sərt reaksiya verməyin.
Axşam saatlarında səhhətinizdə heç bir problem olmayacaq. Zərərli vərdişlərə uymayın.
Buğa - maraqlı işə başlamaq zamanıdır. Yardımçılar, tərəfdaşlar və həmfikirlər sizə yardım edəcəklər. Səfər və uzaqdan gəlmiş insanlarla görüş üçün əlverişli gündür. İstənilən formada mühüm məsələləri müzakirə etmək olar. Münaqişə yaranmayacaq, problemin həll yolu tapılacaq.
Günün ikinci yarısı interyer əşyaları, yaşam arealı üçün gərəkli predmetlər almaq olar.
Maliyyə fonu yaxşılaşacaq. Əhəmiyyətli məbləğdə gəlir əldə edə bilərsiniz. Şəxsi münasibətlərdə irəliləyişlər olacaq. Təşəbbüskar olun, sevdiyiniz insanı sevindiriməyə çalışın.
Əkizlər - gün çoxsaylı sürprizlər vəd edir. O yeniliklərin əksəriyyəti pis olmayacaq. Yaxın ətrafınızdakı insanların yardımlarından istifadə edərək çoxdankı planlarınızdan birini reallaşdıra bilərsiniz. Liderlik məziyyətlərinizi və təşkilatçılıq bacarıqlarınızı nümayiş etdirin.
Günün ikinci yarısında təmasları bir qədər məhdudlaşdırın, gərəksiz həyəcan və gərginlikdən qurtulun. Yalnız rəğbət bəslədiyiniz insanlarla görüşün, onlarla təmasda olun. Qəfil etiraflar, açıqlamalar ola bilər.
Şəxsi münasibətlərdə köklü dəyişikliklər zamanıdır.
Xərçəng - günün ilk yarısı çox mürəkkəb zamandır. Birmənalı olmayan situasiyalar formalaşacaq. Bütün problemləri eyni vaxtda həll etməyi ağlınıza belə, gətirməyin. Yaxın bildiyiniz insanlardan biri ilə bağlı xoşagəlməz xəbər alacaqsınız. Yaşlı qohumlarla ünsiyyət zamanı fikir ayrılıqları istisna deyil.
Günün ikinci yarısında ailə büdcəsi və ya əmlakla bağlı mübahisə yarana bilər.
Şəxsi həyatınızda nəyisə dəyişməyin vaxtı çatıb. İlk addımı atın. Bəzi vərdişlərdən əl çəkin, daha münasib gün rejiminə keçin. Bəziləri bütün bunları kiçik addımlar saysa da, bildiyinizi edin.
Şir - qaydaları pozmağa, daşlaşmış stereotiplərdən kənara çıxmağa dəyər. İntuisiyanız sizə dürüst yolu göstərəcək. Tərəfdaş və dostlardan birinin maraqlı ideyaları ola bilər. Həmin ideyanın reallaşdırılmasında yardımçı olsanız, uduzmazsınız. Yeni əməkdaşlığa başlamaq, tərəfdaşlığı davam etdirmək üçün münasib zamandır.
Mövqelərinizi paylaşmayan insanlarla da səyləri birləşdirmək olar.
Günün ikinci yarısında işlərdə çətinliklər yarana bilər. Bəzi problemlərin həlli xərc və məsrəf tələb edir. Yeni işə təkbaşına başlamayın. Formalaşan situasiyada yaranan məqamları dərhal dəyərləndirməyə can atın. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər olmayacaq.
Qız - bu günə nə planlaşdırmağınızdan asılı olmayaraq yeniliklərə və dəyişikliklərə hazır olun. Gözlənilməz situasiyalar az olmayacaq. Səbrsiz, tələsik davranmayın. Əlverişli anı gözləyin, vaxtından əvvəl hərəkət etməyin. Əks təqdirdə ciddi çətinliklərlə qarşılaşacaqsınız.
Günün ikinci yarısında bir qədər durun, ətrafa nəzər salın, mövcud situasiyanı dəyərləndirin.
Yaxın ətrafınızdakı insanları anlamağa çalışın. Onların hisslərini, istəklərini, niyyətlərini təhlil edin. Problemlərinizi özünüz həll edin, başqalarından yardım istəməyin.
Tərəzi - yaxın ətrafınızdakı insanlar sizi astagəllik, süstlük, sürətlə və aktiv hərəkət edərək qərarları vaxtında vermək hissindən xali olmaları ilə qıcıqlandıracaqlar. İzafi söhbətlər, mənasız müzakirələr sizi usandıracaq. Mühüm və təcili işlə məşğul olmaq fikriniz varsa, kimsədən yardım istəməyin, dəstək gözləməyin. Müstəqil hərəkət edin.
Günün ikinci yarısında yaradıcı işdə uğur qazana bilərsiniz. Yeni ideyalarınız dərhal dəstəklənməsə də, pis deyil.
Alış-verişi, hansısa işə pul yatırılmasını və ümumiyyətlə, bütün maliyyə məsələlərini ertələsəniz, yaxşıdır. İmkanlar və əhvalınız münasib deyil. Pula görə münaqişəyə yol verməyin. Güzəştə getməyi bacarın.
Əqrəb - bu günədək rəğbət bəslədiyiniz insanların bəziləri sizi qıcıqlandırmağa başlayacaq. Neqativ emosiyalara hakim olmaq çətin olsa da, hisslərin əsirinə çevrilməyin. Əks təqdirdə münaqişələrin səbəbkarına çevriləcəksiniz. Sevdiyiniz insanla sərt və aqressiv danışmayın. Hisslərin təsiri altında o şəxsin könlünə dəyməyin.
Günün ikinci yarısı xırdalıqlara və detallara xüsusi diqqət tələb edən işlər üçün əlverişlidir. Çalışmaq sizi bədbin fikirlərdən xilas edəcək.
Axşam saatlarında planlaşdırılmamış vizitlər ola bilər. Qonaqpərvər olun. Səbrli davranın.
Oxatan - yeni iş və ya layihəyə başlamazdan əvvəl bir qədər əvvəl başladığınız, amma yarımçıq qoyduğunuz işi bitirin. Əks halda çox qarışıq, mürəkkəb situasiya yaranacaq. Fəsadlardan baş çıxarmaq asan olmaya bilər. Maliyyə məsələlərini həll etməyə çalışmayın. Təkbaşına işləməyə can atmayın. Səhvlər və yanlışlıqlar riski böyükdür.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə fikir ayrılıqları yarana bilər. Təmasları və ünsiyyətləri harmonik etməyə səy göstərin.
Axşam ayları son həftələrdə yaşanmış hadisələrin təhlili və müzakirəsi üçün əlverişlidir. Yaxın gələcəklə bağlı planları nəzərdən keçirin.
Oğlaq - günün ilk saatları gərgin olacaq, əhvalınız pozulacaq. Gözlənilməz xərclər və məsrəflər olacaq. Qənaət cəhdləri isə xərclərin və itkilərin daha da artmasına səbəb ola bilər. Etibar etdiyiniz, inandığınız insanlar sizə təzyiq göstərməyə, təsir etməyə çalışacaqlar.
Günün ikinci yarısında situasiya dəyişməyə başlayacaq. Qəfil xəbər əhvalınızı yaxşılaşdıracaq. Özünüzü daha əmin hiss etməyə başlayacaqsınız.
Fiziki yükü azaldın, ağır işlər görməyin. Yaşam potensialının səviyyəsi aşağı olacaq. Səhhətinizdə kiçik problemlər yaranacaq. Mədə-bağırsaq sisteminizdə xroniki ağrılar varsa, xüsusilə diqqətli olun.
Dolça - vəd və öhdəliklər verməyin.. Onları reallaşdırmaq ilk baxışdan göründüyündən də çətindir. Üstəlik, situasiyadakı dəyişikliklər sizi başa çatmış sandığınız işə qayıtmağa vadar edəcək. Buna görə bəzi planlardan imtina etməli olacaqsınız.
Günün ikinci yarısında sevdiyiniz insanla fikir ayrılıqlarının öhdəsindən gələcəksiniz. Yaşlı qohumlarla dil tapmaq isə çətindir.
Əsas işi ikinci dərəcəli məsələlərdən ayırmağı bacarın.
Qəbul etdiyiniz qərarların dürüstlüyünə axşam saatlarında əmin olacaqsınız. Güzəşt yollarını arayın. Yol verdiyini səhvlərin fəsadlarını aradan qaldırın. Tələskənlik etməyin.
Balıqlar - hadisələrin ləng inkişaf etdiyini düşünərək proseslərə süni təkan verməyin, olaylara müdaxilə etməyin. Tələskənliyə yol verməyin. Yaranmış situasiyadan maksimum mənfəət əldə etməyə çalışın. Yaşam təcrübəniz və yaxınlarınızın məsləhətləri irəliləyişə nail olmağa imkan verəcək.
Gəlirlər və dəyərli hədiyyələr istisna deyil. Maraqlı işgüzar təklif də ala bilərsiniz.
Günün ikinci yarısında istənilən işə başlaya bilərsiniz. Həmin işin öhdəsindən gələcəksiniz. Yaşam arealı və ya fəaliyyət məkanı ilə bağlı cəsur ideyalar yarana bilər. Eksperimentlərdən çəkinməyin. Risk etmədən nəyəsə nail olmaq mümkün deyil.
Milli.Az
Kreml: "finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub
Regionda geosiyasi transformasiya və Türk dünyasının tarixi məsuliyyəti - Professor yazır
Bakı metrosunda daha bir qadın maşinist kimi fəaliyyətə başlayıb
Jurnalist Nicat Novruzoğlu vəfat edib
Bir nömrəli səfərbərlik nədir? - MN izah verdi
ABŞ İRANIN YERALTI BAZASINI VURDU - FOTO
Daha bir vəkil Vəkillər Kollegiyasından xaric edilib
İran Tel-Əvivi yeni silahı ilə vurub - FOTOLAR
Qara dənizdə zəlzələ olub - 4 bal gücündə
Müğənni qəzada dünyasını dəyişdi
İstanbulda "xərac" tələb edən kriminal şəxslər saxlanıldı
İsrail və ABŞ-ın İrana hücumu: son 24 saatda nələr baş verdi?