Qərargah: "İndiyədək koronavirusdan 2253 nəfər sağalıb"

img

20-05-2020 [17:53]


Azərbaycanda indiyədək koronavirusdan 2253 nəfər sağalıb.

Mia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, hazırkı dövrədək ölkəmizdə 3 631 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib: "Onlardan 2 253 nəfər müalicə olunaraq sağalıb, 43 nəfər vəfat edib, 1 335 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir".

Digər xəbərlər
SON XƏBƏRLƏR