YAP Şəmkirdəki saxtakarlıq iddiasına münasibət bildirdi -VİDEO

img

09-10-2013 [14:56]


Hakim Yeni Azərbaycan Partiyası Şəmkirdə seçki saxtakarlığının əks olunduğu bildirilən videoya münasibət bildirib. Partiyanın icra katibinin müavini Mübariz Qurbanlı Haqqin.az-a bildirib ki, sosial şəbəkələrdə yayılan video həqiqəti əks etdirmir: "Müxalifətçi blogerlər iddia edirlər ki, pozuntular bu gün qeydə alınıb. Lakin video dünən - oktyabrın 8-də, başqa sözlə, seçkidən bir gün əvvəl yüklənib”. 

Mübariz Qurbanlı hesab edir ki, bu, müxalifətin düşünülmüş təxribatıdır: "Biz bununla bağlı öz araşdırmamızı aparırıq. Hesab edirik ki, bu təxribatın günahkarları cəzalandırılmalıdırlar”.

Meydan TV-nin saytında yeləşdirilən açıqlamada isə deyilir: "Bu gün Youtube kanalına 98 saylı Şəmkir şəhər seçki dairəsinin 19 saylı seçki məntəqəsində olan saxtakarlıq görüntüləri yüklənib. Bundan sonra hakimiyyət yönümlü media və jurnalistlər bu videonun tarixi barədə "yalan" tirajlamaqla məşğuldurlar. Halbuki aşağıda qeyd etdiyimiz məqamdan bixəbər və sosial media savadsızı olduqlarını açıq-aşkar bəlli etdilər.

Youtube serverləri Amerika Birləşmiş Ştatlarında yerləşir və Azərbaycanla arasında 9 saat fərq var. O baxımdan səhər tezdən yüklənən videoları ABŞ tarixinə görə yayımlayır. Bu səbəbdən videolarda tarix dünən kimi görsənir. Əslində isə bu gün yüklənib. Bunun üçün videonun kanalına daxil olaraq (http://youtube.com/AnaloqTV) videonun neçə saat ərzində yükləndiyini əyani şəkildə görmək mümkündür".



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA