Rüstəm İbrahimbəyov niyə səs verməyib? - səbəb

img

09-10-2013 [14:55]



"Rüstəm İbrahimbəyov konsulluq üzrə qeydiyyatdan keçməyib və hazırda bizim siyahıda da onun adı yoxdur”. Bu sözləri Modern.az saytına açıqlamasında Azərbaycanın Rusiyadakı səfirliyində təşkil olunan məntəqə seçki komissiyasının sədri Ağalar Atamoğlanov bildirib. 

Onun sözlərinə görə hələ ki, Milli Şuranın sədri məntəqəyə gələməyib.

"Rüstəm İbrahimbəyov səsvermədə iştirak etməyib. Biz onu burada müşahidə etməmişik. Ancaq gəlib müraciət etsə, konsulluq qeydiyyatına götürəcəyik və səsverməsi təmin olunacaq”-deyə A.Atamoğlanıv bildirib.

Qeyd edək ki, Milli Şuranın sədri, tanınmış kinodramaturq Rüstəm İbrahimbəyovun müxalifətin vahid namizədi olaraq seçkilərdə namizədliyi irəli sürülmüşdü. Lakin o ikili vətəndaşlıq problemi üzündən seçki kampaniyasına qatıla bilmədi. Müxalifət bloku ehtiyat namizəd olaraq Cəmil Həsənlinin namizədliyini rəsmən irəli sürdü.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA