UEFA milli çempionatlarla bağlı açıqlama yaydı

img

19-05-2020 [15:45]


UEFA milli çempionatların avqustun 3-dək başa çatdırılması məsələsinə aydınlıq gətirib.

Məlumata görə, bu barədə qitə futbol qurumunun prezidenti Aleksander Çeferin Fransanın "Lion" klubunun rəhbəri Jan-Mişel Olaya məktubunda yazıb.

Sloveniyalı funksioner bildirib ki, UEFA-nın yerli liqaların sözügedən müddətdə yekunlaşdırılması rəsmi qərar deyil, sadəcə tövsiyədir.

Qeyd edək ki, "Lion" avrokuboklardan kənarda qaldığı üçün Fransa Peşəkar Futbol Liqasından UEFA-ya şikayət edib və Liqa 1-in vaxtından əvvəl bitirilməsi qərarı ilə əlaqədar iki iddia qaldırıb. Qurum isə klub rəhbərliyinə məktub göndərərək, milli çempionatların avqustun 3-dək başa çatdırılması məsələsinin yalnız tövsiyə olduğunu bildirib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR