Jurnalist Təşkilatları-QHT Koalisiyası: «Hər hansı problem və müdaxilə qeydə alınmayıb»

img

09-10-2013 [13:30]


Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azad və ədalətli seçkilər uğrunda” Jurnalist Təşkilatları-QHT Koalisiyası  "2013-cü il prezident seçkilərinin monitorinqi” layihəsi çərçivəsində 15 DSK üzrə 150  məntəqədə müşahidə aparır.

 Koalisiyadan mia.az-a daxil olan məlumata görə, saat 13.00-a qədərki ilkin məlumatlar açıqlanıb:

 «Saat 13.00-a qədər müşahidəçilərdən daxil olan ilkin məlumatlara görə, seçki məntəqələri qanunvericiliklə nəzərdə tutulan vaxtda, səhər saat 8.00-da açılıb. Səsvermə üçün kabinələr Seçki Məcəlləsinin tələblərinə uyğun qaydada formalaşdırılıb. Seçicilərin anonim şəkildə, fərdi qaydada səsverməsi üçün bütün müvafiq şərait yaradılıb.

 Seçki məntəqələrində səsvermənin müşahidəsi, KİV nümayəndələrinin səsverməninin gedişini işıqlandırmaları ilə bağlı hər hansı problem, müdaxilə qeydə alınmayıb. 

 Səsvermə sakit məcrada, insidentsiz davam edir. Seçici fəallığı yüksəkdir.  Jurnalist Təşkilatları-QHT Koalisiyasının müşahidəçiləri bir sıra texniki xarakterli problemlərdən başqa digər qanun pozuntuları qeydə almayıblar».

 Onu da qeyd edək ki, Jurnalist Təşkilatları-QHT Koalisiyasının növbəti məlumatları saat 17.00-da və 20.00-da yayılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA