937 mindən çox səsəvermədə iştirak edib - MSK

img

09-10-2013 [12:14]


Seçkilər İnformasiya Mərkəzinin rəhbəri Rüfət Gülməmmədov seçici aktivliyi ilə bağlı saat 10:31-ə olan ilkin nəticələri açıqlayıb. 

Mia.az xəbər verir ki, bu saata qədər 937 min 465 nəfər səsvermədə iştirak edib. SİM-nin rəhbəri bildirib ki, ölkə üzrə 18,22 faiz seçici aktivliyi müşahidə olunub.

Ölkə üzrə ən az seçici aktivliyi 33 saylı Xətai birinci seçki dairəsində 9,29 faiz olub. Ən yüksək seçici fəalllığı 116 saylı Qəbələ seçki dairəsində 24,72 faiz olub.

Ən aktiv seçici fəallığı olan bölgələr şimal şərq, cənub, Naxçıvan, Qarabağ bölgəsində müşahidə olunmaqdadır.

Paytaxt üzrə ən çox seçici aktivliyi 13 saylı Xəzər-Pirallahı seçki dairəsindədir- 20,9 faiz.

Ən az seçici aktivliyi isə 33 saylı Xətai seçki dairəsindədir- 9, 29 faiz.

Bölgələr üzrə isə ən az seçici aktivliyi Kəpəz birinci seçk dairəsindədir- 10,24 faiz. Ən çox seçici aktivliyi isə 116 saylı Qəbələ seçki dairəsi- 24,72 faizdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA