"Evimdə baş verən oğurluq hadisəsi ilə bağlı istintaqda ifadə vermişəm” - Azərbaycanlı futbolçu

img

16-05-2020 [16:30]


Evimdə baş verən oğurluq hadisəsi ilə bağlı istintaqda ifadə vermişəm”.

Bunu Azərbaycan yığmasının və "Qarabağ" klubunun futbolçusu Mahir Emreli “Report”un “Instagram” səhifəsində canlı yayımda deyib.

Hücumçu qeyd edib ki, hələlik ona dəymiş ziyan ödənilməyib.

Qeyd edək ki, M.Emrelinin Sulutəpə qəsəbəsində yerləşən evindən 20 min dollar, 17 min manat, mobil telefonlar və 5 min manatlıq qızıl əşyaları (ümumilikdə 60 min manatlıq) oğurlanıb. Məlum olub ki, oğurluq edən şəxs (yaxud şəxslər) mənzilə pəncərədən daxil olub.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayon sakinləri, əvvəllər məhkum edilmiş Nicat Vəliyev və Anar Cəfərov tutulub.

Xatırladaq ki, hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Onlar M.Emrelinin evindən başqa daha 12 mənzili qarət ediblər.

Cinayət işi üzrə ibtidai istintaq başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Azər Paşayevin icraatına verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR