İngiltərə Futbol Assosiasiyası FIFA-dan şikayət edib

img

13-05-2020 [18:36]


İngiltərə Futbol Assosiasiyası (FA) İdman Arbitraj Məhkəməsinə (CAS) FIFA-dan şikayət edib. 

"Sky Sports" xəbər verir ki, şikayət "Çelsi" klubuna tətbiq olunan transfer qadağası ilə bağlıdır.

FA bununla bağlı FIFA-ya 290 min funt sterlinq ödəməli olduğuna dair qərarı narazılıqla qarşılayıb. Məhkəmə iclası iyunun 26-da olacaq. 

Qeyd edək ki, FIFA bu ilin fevralında "Çelsi"yə 2019/2020 mövsümünün sonunadək transfer qadağası qoyub. "Zadəganlar" yetkinlik yaşına çatmayan 29 oyunçu transfer etdiyi üçün cəzaya məruz qalıb. CAS 2019-cu ilin sonunda transfer qadağasınıləğv edib/Report


Digər xəbərlər
SON XƏBƏRLƏR