"Əgər birinci dəfə kişi əsəbiləşib qadınına şillə vurursa..." - Aparıcı insanları 3 cinsə böldü

img

13-05-2020 [00:08]


"İndi üç cins var. Əvvəl kişi və qadın idi. İndi "əsl kişi" kişilər, "xanım-xatun" qadınlar və həm qadın həm də kişi cinsinə aid "qadın"lar var".

Bu sözləri məşhur teleaparıcı Aytən Səfərova ATV telekanalında yayımlanan "Bizimləsən" sosial-ictimai proqramında deyib.

A.Səfərova canlı efirdə "qadına qarşı şiddət" mövzusundan söz açaraq, fikirlərini bu sözlərlə davam etdirib:

"Əgər birinci dəfə kişi əsəbiləşib qadınına şillə vurursa udub, keçmək olar. Amma ikinci dəfə bu hadisə təkrarlanırsa, oradan baş götürüb, qaçmaq lazımdır. Çünki bu insan başlayacaq mütəmadi şəkildə əl qaldırmağa. Buna isə nə yol vermək, nə də ki göz bağlamaq olar".

Qeyd edək ki, teleaparıcı Aytən Səfərovanın iki oğul, bir qız övladı var/Oxu.az.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR