İsa Qəmbərin qardaşı Rövşən Qəmbər Azərbaycan xalqına müraciət etdi

img

07-10-2013 [23:58]


Dünya Azərbaycanlıları Məclisinin sədri Rövşən Qəmbər Azərbaycan Xalqına müraciət edib. Müraciətdə deyilir: 
Əziz, Ədalətli və Ləyaqətli Vətəndaşlarım!!! İki Gün sonra bu vaxt Xalqımız ya sevinəcək ki, ədalətli seçkilərə nail olduq, ya da qəmlənəcək ki, hələ ki Hüquqi Dövlətimizin qurulmasına ciddi əngəllər var!! Son günlərdə Almaniyada bir müzakirədə iştirak etdim və marlı bir mövzunu daha da aydın dərk etməyə başladım!!Mövzu "İnsan Həyatının Dəyəri” idi! Sual belə idi: "Əgər 100 milyard Avroluq xəzinənin açarı Səndə olsa və Sənin Azad Olmağına səbəb olan şəxs Açarı Səndən istəsə verərsənmi?” Sosioloji müzakirədə iştirak edən Almaniya vətəndaşlarının hamısı dedilər ki, həyatıma təhlükə varsa, 100 milyard avroluq xəzinənin Açarını verib, yaşamaq istərəm!! Belə olan halda daha da yaxşı anladım ki, Azərbaycanın 100 milyardlarla (Teledebatlarda Əli Əhmədov və başqaları deyirdilər ki, yox canım, 48 milyard pul Azərbaycanda olmayıb... mən isə deyirəm ki, olsun 48 milyon, Xalqın sərvəti xarici banklara yatırılıbsa, bu da çox böyük OĞURLUQ DEYİLMİ) sərvətləri hansı xarici banklarda yatırılsa da, hər bir Vətəndaşımız öz əzizlərinin, övladının sağlamlığını daha dəyərli sayaraq, münaqişəli yerlərdən əzizlərini son 25 ildə çəkindiriblər!! Çox ziyalı Vətəndaşımız, ləyaqətli Şəxsiyyət, Professor Cəmil Poladxanoğlu Həsənli Azərbaycanlıların azadlığı üçün canından keçməyə hazırdırsa, mən, Almaniyada yaşayan Rövşən Yunisoğlu Qəmbər də Azərbaycanlıların azadlığı üçün canımdan keçməyə hazıram!!! Dostlarımdan daha kimlərin 50 milyoinluq vətəndaşlarımızın Azadlığı üçün canından deyil, vaxtından və imkanlarından keçməyə hazırdırsa, lütvən, bildirsin!!! Və Cəmil Bəyin bu mövqeyini fədakarlıqla müdafiə edənlər də fikirlərini bildirsələr, işbirliyinə qoşulsalar, Rəsulzadənin adına layiq olanların tezliklə Azərbaycanda Xalq Məclisləri yarana bilər!!! İndi Əsas Məsələ Xalqımızın Fəxri Olan Cəmil Həsənli xalqımız və könüllü Vətəndaşlarımız tərəfindən qorunmalıdır!!! Professor Cəmil Həsənlinin Beyninin fəaliyyətinə, yaşayıb yaratmasına hər birimiz əlimizdən gələn yardımları etməliyik!!! Xalqımız və hər bir ləyaqətli Vətəndaşımız Cəmil Bəyin fəaliyyətini 9 Oktyabra qədər maksimal dəstəkləsə, Xalqımız Dünyanın Xoşbəxtliyi təmin etmiş Ölkələrin sirasına daxil olacaqdır!!! Rəsulzadənin Ədalətli və Ləyaqətli yoluyla Cəmil Bəyin rəhbərliyində getməliyik ki, Azərbaycanda Hüquqi Dövlətimizin qurulması üçün Ədalətli Parlamentimizin Ləyaqətli Millət Vəkillərini də ən yaxın zamanda saxtakarlıq olmadan seçə bilək!!! Ədalətli Prezidentimiz Cəmil Həsənlinin fəaliyyəti dövründə Qarşıdakı 2 ildə Hüquqi Dövlətimiz 20 ildə Vətəndaşlarımız üçün edilən xidmətdən daha çox xidmət edəcəyinə mən inanıram, Siz də inanın!!! Qarşıdakı 12 Gün ərzində ən ağıllı ideyaları onbaşı, yüzbaşı və minbaşı vəzifəsini icra edə bilən Şəxsiyyətlərə bildirin ki, Dünya Xalqlarına isbat edək ki, 1918-də Azərbaycanda Legitim Xalq Cumhuriyyəti təsadüfən qurulmayıb!!! Əgər 95 ildə Hüquqi Dövlətimizi qura bilməmişiksə, buna səbəb Sovet İmperiyasının tərkibində olan Azərbaycanı da KQB generallarının çox gizli və qanunsuz üsullarla əsarətdə saxlaması olubdur. Artıq Dünya dəyişib, təkcə Feysbuk sistemində o qədər demokratiyanın inkişafına səbəb olan resurslar var və 1992-ci ildəki Təhsil Qanununa görə rüşvət vermədən ləyaqətlə tələbə olmuş milyondan çox gənc Vətəndaşımız Əbülfəz Elçibəy- İsa Qəmbər hökumətinə rəğbət bəsləyən milyonlarla Vətəndaşımızın Cəmil Həsənliyə səs verəcəyinin ehtimalı lap çoxdur!!! 9 Oktyabrda və sonrakı həftələrdə 50 milyonluq Vətəndaşlarımızın imkanlarından maksimal istifadə etsək, Rəsulzadənin adına Layiq Hüquqi Dövlətimizin qurulmasına , hər bir Vətəndaşımızın Ləyaqətinin və hüquqlarının qorunmasına nail ola bilərik!! Elə bilirəm ki, hər bir Səsin ən azından 10 min avro dəyəri var!! Elə Şəxsiyyəti seçin ki, Azərbaycanın 100 milyard manatlıq sərvətlərinin Vətənimizdə gənclərin təhsilinə, hər bir Vətəndaşımızın sağlamlığına və Avropa Birliyi Ölkələrində mövcud olan orta həyat səviyyəsindən də üstün yaşamasına Dövlətimizin Başçısı zəmanət versin!!! Belə bir Şəxsiyyət Professor Cəmil Həsənlidir! Dövlətimizin Başçısı Professor Cəmil Həsənli olsa, Azərbaycanda Hüquqi Dövlətimiz qurulacaqdır və 50 milyoinluq Xalqımız korrupsiyadan təmizlənmiş Azərbaycanla fəxr edəcəkdir!!! 

Rövşən Yunisoğlu Qəmbər Dünya Azərbaycanlıları Məclisi - DAM Sədri 07 Oktyabr, Almaniya

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA