"Qızlara iyrənc təkliflər edir..." - Azərbaycanlı rejissora aktyordan ağır ittihamlar + VİDEO

img

12-05-2020 [11:19]


ATV-də efirə gedən “Aldanmış hisslər” serialının aktyoru Famiz Hüseynov ekran işinin rejissoru Faiq Nağıyevi ittiham edib.

Musavat.com xəbər verir ki, aktyor sosial şəbəkədə yaydığı videoda bildirib ki, rejissor qonorarları ödəmədiyi və gənc aktrisalara əxlaqsız təklif etdiyi üçün serialdan uzaqlaşıb:

“Mən “Aldanmış hisslər” serialında rol alırdım, artıq serialdan uzaqlaşdım. Səbəb rejissor Faiq Nağıyevin özbaşınalığıdır. Aktyorların qonorarını kəsir, haqsızlıq edir. Mən haqsızlığa dözən adam deyiləm. Serialda rol almağa başlayan gənc qızlara iyrənc təkliflər edilir. Deyir, serialda rol almaq istəyirsənsə, mənimlə münasibət qurmalısan, aramızda münasibət olmalıdır. O serialdan, rejissordan uzaq olun. O insanlar kinoya, filmə, seriala ləkədir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR