Flora Kərimova Əbülfəs Qarayevin müdafiəsinə qalxdı: "İndi hamı dilini uzadıb”
11-05-2020 [14:28]
Mayın 8-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirdi. Əməliyyat zamanı nazir müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov saxlanıldılar.
Xüsusi xidmət orqanının nazirlikdə səs-küylü əməliyayt keçirməsi birmənalı qarşılanmadı. Ekspertlər nazir Əbülfəs Qarayevin də məsuliyyətə cəlb olunmasının vacibliyini vurğuladılar. Qeyd olundu ki, nazirin xəbəri olmadan hansısa əməkdaşın dövlət əmlakını talaması mümkün deyil. Artıq ayrı-ayrı sənət adamları da bu qurumun qanunsuz əməllərindən danışmağa başlayıblar.
Xalq artisti Flora Kərimova isə fərqli mövqe nümayiş etdirib.
Mia.az xəbər verir ki, Yenisabah.az saytına açıqlama verən sevilən sənətkar Mədəniyyət naziri Əbülfəs Qarayevi açıq mətnlə müdafiə edib: “Mən Əbülfəs Qarayevi şəxsən tanıyıram və onun haqqında çox müsbət fikirdəyəm. Onun çox işlərindən xəbərim var, çoxlarına əl tutduğunu, kömək etdiyini bilirəm. Təəssüflər olsun ki, bizdə bir adam yıxılanda hamı onun üstünə düşür, xəbər yalan da olsa, doğru da olsa hamı o adamı baltalayır. Mən Mədəniyyət nazirindən çox razı idim, çünki onun əl uzatdığı insanları tanıyırdım, o insanları qəbul edib, heç vaxt heç kimi əliboş geri qaytarmayıb, hər zaman əlindən gələni edib. Mədəniyyət naziri digər işlərə cavabdeh deyil. Mədəniyyət naziri orada “KQB” deyil, polis deyil ki, hər işçisinin arxasınca casus göndərsin. Mən bilirəm ki, bu işlərdə o təmiz adamdır. Mədəniyyət Nazirliyi xüsusi nazirlik deyil ki, onun işində korrupsiya olmasın və ya olsun. O da digər nazirliklər kimidir. Yəni əgər ölkədə korrupsiya varsa, hər bir idarədə var. Bunu gizləmək mümkün deyil, gündə bir nəfər tutulur, cəzasını çəkir. Bilirsiniz, mədəniyyət adamları müstəqil adam deyillər, öz sözünün sahibi deyillər, söhbət çoxluqdan gedir. Bəziləri obyektivlikdən kənardırlar, hər şeyi mədəniyyət nazirindən gözləyirlər ki, “o mənə fəxri ad verdirmədi, mənimlə düşmənçilik etdi” və s.
Savadsızlıq ucbatından həqiqəti bilmirlərsə, kimsə imkanı hesabına ad alırsa bunu mədəniyyət nazirinin üstünə yıxmaq düzgün deyil, belə şeylərin əleyhinəyəm. Mən millətimə demək istəyirəm ki, kütləyə dönməyin. Kimsə büdrədi deyə bir təpik də siz atıb, onu yıxmaq düz hərəkət deyil”.
Flora Kərimova sənət adamlarına fəxri adların verilməsiylə bağlı səslənən ittihamlara da münasibət bildirib. Qeyd edib ki, hansısa əməkdaşın nöqsanını nazirin ayağına yazmaq doğru deyil: “İndi kimsə nazirlikdə hansısa işlə məşğuldur deyə hamı başlayır ki, nazirlik pulla ad satır.
Birincisi, onu deyən adamlar bilmir ki, bu sözə görə onu çağıra bilərlər ki, gəl bu sözün arxasında dayan?
İkincisi, tutalım, mədəniyyət nazirliyi pul aldı adı saldı siyahıya, bəs yuxarıda oturanlar əfəldirlər? Bilmirlər məsələ nədir? Əgər sənin istəmədiyin, sənətini saymadığın bir adama fəxri ad verilibsə, niyə indiyə qədər adını çəkib açıq danışmırdın?
Mən ad çəkmirəm ki, o adamları pərt etməyim. Mən də çox şeylərdən narazıyam, ancaq gözləyirsən ki, mənim kimi 52 yaşında fəxri ad alsınlar?
Bir ayağım burda, bir ayağım gorda idi. O da ki dava-qırğınla verildi. Elə adamlar getdi ki, onun üstünə, müsibət oldu. Bunu gözləyirsiniz ki, sənətkarlar həyatdan incisin, sənətdən incisin?
Sənəti yoxdursa, çıx de ki, sənin sənətin yoxdur. Allahın əlindən qisməti almaq mümkün deyil. Əgər onun qismətinə Allah yazıbsa, həmin adam o adı alacaq. Ancaq bir sifətli adam olmaq lazımdır, nə olub indi hamı düşür bir nəfərin üstünə, hamı dilini uzadıb”.
"Beşiktaş" holland məşqçi ilə anlaşdı - İddia
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)