"Xahiş etdi ki, məni pis vəziyyətdə qoymayın" - Namiq Qaraçuxurlu

img

10-05-2020 [12:52]


Məşhur müğənni-meyxanaçı Namiq Qaraçuxurlu "Söhbətsiz" verilişində qonaq olub.

Namiq Qaraçuxurlu xalq artisti Aygün Kazımova ilə münasibətindən danışıb.

O deyib ki, müğənni ilə işbirliyi zamanı təcrübə qazanıb: "Hətta bu gün də müəyyən işlərimdə o təcrübəmdən istifadə edirəm. Aygün xanım ulduz olmaqla yanaşı, həm də yaxşı prodüserdir".

Namiq Qaraçuxurlu aparıcının "Demişdiniz ki, Aygün xanımla heç vaxt bir araya gəlməzsiniz. Amma Moskvada məclislərin birində birlikdə iştirak etdiniz" sözlərinə Namiq Qaraçuxurlu belə reaksiya verib:

"Bəli, o keçmişdə olmuşdu. Məndən asılı olan problem deyil. Bizim aramızda bir neçə dəfə problemlər olub. Bir dəfə bizdən Emin Musəvi Moskvaya toya getməyi xahiş edib. Onun xahişi ilə toy mərasiminə getdik. Bir dəfə də bir prodüser bizim adımızdan toy danışıb, beh almışdı. Bizdən xahiş etdi ki, məni pis vəziyyətdə qoymayın. Dedim ki, problem yoxdur, amma bir daha belə olmasın. Getdiyimə də peşman deyiləm.

Bundan sonra da tədbilərdə görüşməyimizdə problem yoxdur. Aygün xanımla münasibətimiz normaldır. Moskvada da çox rahat şəkildə səhnəyə çıxdıq. Ünsiyyətimiz də rahat oldu".

Teleqraf.com


Digər xəbərlər
SON XƏBƏRLƏR