DTX-nin saxladığı rəis direktorlara hansı şərti qoyurmuş? - Yeni iddia

img

09-05-2020 [14:00]


Məlum olduğu kimi, ötən gün Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyində əməliyyat keçirib.

Mia.az xəbər verir ki, rəsmi açıqlanmasa da, "Qafqazinfo.az"ın məlumatına görə, əməliyyat zamanı DTX  tərəfindən saxlanılan şəxslər arasında nazirliyin Mədəniyyət baş idarəsinin rəisi Cəlil Məlikov da var. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Cəlil Məlikov vəzifə təklifi ilə əlaqədar bir çox mədəniyyət üzvü ilə dəfələrlə təkbətək görüşlər keçirib. Belə ki, o, həmin şəxslərə bölgələr və ya Bakı ərazisində fəaliyyət göstərən mədəniyyət evlərində rəhbərliyə gətirilmə ilə bağlı müəyyən vədlər verib.

Qarşılığında isə onlara şərt qoyub. Belə ki, direktor seçiləcək incəsənət üzvü təyin olunduğu idarənin bütün təmir işləri ilə bağlı maliyyə məsələlərini öz üzərinə götürməli imiş. 

Bildirək ki, bu təkliflə razılaşan tanınmış simalar da az deyil, onların arasında artıq vəzifəyə təyin olunmuşlar da var. 

Məlum olub ki, C. Məlikov hesabatlarında təmirə ayrılan maliyyənin nazirliyin büdcəsindən xərcləndiyini qeyd edib.

Mılkumatda qeyd olunur ki, ötən gün nazirlikdə əməliyyat aparılan zamanı nazir Əbülfəs Qarayev də binada olub. C. Məlikovdan başqa, nazirliyin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov və mətbuat katibi İntiqam Hümbətovun da saxlanıldığı bildirilir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR