Sumqayıtda AXCP fəalları saxlanılıb

img

05-10-2013 [14:47]


Bu gün  saat Sumqayətda polis AXCP Ali Məclisinin üzvü Elçin Həsənovu və fəallardan Elşən, Adışırin, Ülvi və Mahiri saxlayıb. Onları Sumqayıt Polis İdarəsinin 1-ci polis bölməsinə aparıblar.

Elçin Həsənov saxlanan zaman deyib ki, Sumqayıtda Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin plakatlarını yapışdırarkən polis onları saxlayıb.

Onun sözlərinə görə, polislər onları şərləyir və deyirlər, guya içkili vəziyyətdə olduqları üçün polisə aparılırlar.

Rəsmi orqanlar fəalların saxlanma səbəbi barədə hələ məlumat vermir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA