İcra Hakimiyyəti Pənah Hüseyni hücumda ittiham etdi - açıqlama

img

05-10-2013 [14:32]



Oktyabrın 4-də Milli Şuranın prezidentliyinə namizədi Cəmil Həsənlinin Sabirabad seçicilərləri ilə şəhər stadionunda görüşü zamanı yaşanan qarşıdurma və bu qarşıdurmada rayon rəhbərliyinin dayanması ilə bağlı yayılan xəbərlərə cavab gəlib.  

Mia.az xəbər verir ki, məsələ ilə əlaqədar Sabirabad RİH-ın mətbuat xidmətindən "Azadinform”a bidiriblər ki, prezidentliyə namizəd Cəmil Həsənliyə Milli Şuranın müraciətinə əsasən, 4 oktyabr 2013-cü il tarixdə saat 11.00-dan 13.00-dək Sabirabad seçiciləri ilə şəhər stadionunda görüş keçirilməsi üçün razılıq verilib. 

”Lakin onlar "Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozaraq görüç-mitinqə həmin gün saat 13.25-də başlayıblar. Görüçdə Milli Şurada təmsil olunan partiyalardan kənardan gələn təxminən 50-60 nəfərlə birlikdə 150-160 nəfərə yaxın eloktırat iştirak edib. Bununla yanaşı bildiririk ki, görüşdə iştirak etmək arzusunda olan bir qrup sabirabadlı seçicilərin stadiona daxil olmasına qarşı tərəf əngəllər törədib. Görüşdə çıxış edənlər Pənah Hüseyn, Əli Kərimli, Arif Hacılı və Cəmil Həsənli sabirabadlıların heysiyyatına toxunan, dövlətçiliyə və onun rəhbərinə qarşı yönələn təhqiramiz hərəkətləri və çağırışlari ilə görüşdə iştirak etmələrinə ciddi maneələr yaradılmış seçiciləri bilərəkdən profokasiyaya çəkməyə cəhd göstəriblər. Hətta əslən sabirabadlı olan Pənah Hüseyn görüşə gələn camaatın üzərinə şığıyaraq hücum çəkib və onları küçə söyüşləri ilə təhqir edib. Həmçinin görüşdə iştirak edən "Kür” vətəndaş cəmiyyətinin rəhbərlərindən biri "Turan” İnformasiya agentliyinin direktoru Mehman Əliyev mitinqə gələnlər arasında qızışdırıcı təbliğat aparıb. Lakin onlar təxribata uymayıb, tutarlı cavablar verərək, bir ağızdan "Rədd olun Sabirabaddan” deyiblər”. Qarşıdurmaya yol verməmək üçün yerli dövlət və hüquq-mühafizə orqanları tərəfindən bütün zəruri tədbirlər görülüb. 30 dəqiqəyə yaxın çəkən mitinq insdentsiz başa çatıb”. 

İcra hakimiyyətindən bildiriblər ki, mətbuat işçilərinin döyülməsi və İcra Hakimiyyəti işçilərinin mitinqdə iştirakı barədə yazılanlar böhtandan başqa bir şey deyil. br

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA