Asəf Quliyev Əli Kərimliyə istefasını izah etdi - görüş

img

04-10-2013 [23:00]


AXCP-dən və Milli Şuradan istefa vermiş Asəf Quliyev oktyabrın 4-də partiyanın lideri Əli Kərimli ilə görüşüb. "Media forum” saytına açıqlamasında Asəf Quliyev görüş barədə bunları deyib: "İstefamın səbəblərini bildirdim. Addımımı izah elədim, fikirlərimi çatdırdım. Əli bəy çox təəssüfləndiyini vurğuladı, istefamı düzgün hesab etmədiyini dedi. Səmimi söhbət edib ayrıldıq. Münasibətlərimiz həmişə yaxşı olub, bir-birimizə hörmətlə yanaşmışıq. Hesab edirəm ki, hər zaman da belə olacaq”.


"Əli Kərimliyə istefanızın səbəblərini açıqladığınızı deyirsiniz, konkretləşdirmək olarmı” sualını Asəf Quliyev belə cavablandırıb: "Hər halda istefamın səbəbləri var. Geniş açıqlamaq istəmirəm. Siyasi qərarımı vermişəm və məsələ bitib”.

AXCP sədrinin müavini, Milli Şuranın mitinq komitəsinin rəhbəri Asəf Quliyev partiyadan və Milli Şuradan bu gün istefa verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA