Keçmiş məhkum gecəyarısı evi atəşə tutdu - Cəlilabadda əməliyyat

img

05-05-2020 [11:56]


Cəlilabad rayonunda evə girən şəxs atəş açıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, aprelin 19-da Cəlilabad rayonunun Günəşli kənd sakini X.Kərimova Cəlilabad Rayon Polis Şöbəsinə müraciət edərək 1 gün əvvəl saat 22 radələrində yaşadığı evə girən naməlum şəxsin evin divarına tüfəngdən atəş açaraq hadisə yerini tərk etməsini bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülüb, hadisəni oğurluq məqsədilə törətməkdə şübhəli bilinənlər - Alar kənd sakinləri S.Hüseynov və əvvəllər məhkum olunmuş K.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıblar.

K.Əliyevdən müvafiq sənədləri olmayan, nömrəsi silinmiş “İJ-16” markalı ov tüfəngi və narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Ətraflarında aparılan tədbirlərlə onların rayon ərazisindəki daha 4 evdən pul və qızıl-zinət əşyaları oğurlamaları, 1 evdən isə oğurluğa cəhd göstərmələri də müəyyən edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR