Əli Kərimlinin müavini Milli Şuradan və AXCP-dən istefa verdi

img

04-10-2013 [17:29]


AXCP-nin sədr müavini, Milli Şuranın mitinq Komitəsinin üzvü Asəf Quliyev təmsil etdiyi hər iki qurumdan istefa verib. Bu barədə məlumat sosial şəbəkələrdə yaylıb.

Xəbəri Asəf Quliyev AzNews.az-a açıqlamasında təsdiqləyib. O, istefasının səbəbini belə izah edib: "Belə lazım idi. Milli Şuranın yaranması cəmiyyətdə rəğbət doğurdu. Sonradan MŞ-nın fəaliyyətində nöqsanlara yer verilməsi, daxilli ziddiyyətlər, Milli Şuranın Rusiyanın layihəsi adlandıranların, Milli Şuranın əleyhinə təbliğat aparanların Şuranın işində önə çəkilməsi məndə narahatlıq yaratdı. Düşünürəm ki,20 ildən artıq seçki məğlubiyyəti və uğursuzluğunu cəmiyyət bizə bağişlamayacaq. Mübarizənin səmimiliyinə inanıb, hər zaman doğrunun yanında oldum.... Şübhəsiz ki, yenə də bu yolda olacam. Yuxarıda deyilənləri nəzərə alıb, Milli Şuradan və AXCP-dən istefa verdim”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA