Bakıda evdən 3 400 manatlıq oğurluq edən tutuldu

img

04-05-2020 [13:15]


Bakıda mənzildə oğurluq hadisəsi baş verib.

Bu barədə Mia.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 25-də rayon ərazisindəki mənzillərin birindən 200 manat pul, 500 manat dəyərində noutbuk və 2 700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini B.Məsimov saxlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR