Bakıda keçmiş məhkum 10 kq narkotiklə tutuldu

img

04-05-2020 [09:26]


Bakı sakinində narkotik aşkarlanıb.

Hadisə paytaxtın Binəqədi rayon ərazisində qeydə alınıb.

Belə ki, Binəqədi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləcəri qəsəbə sakini, 1974-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Q.Ağababayevdən 10 kq 220 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır. 


Digər xəbərlər
SON XƏBƏRLƏR