Abbas Abbasovdan İlham Əliyevlə bağlı çağırış - açıqlama

img

04-10-2013 [11:38]



"Hesab edirəm ki, İlham Əliyev ləyaqətli xalqın ən layiqli seçimidir. Biz hamımız seçkilərə getməli və səs verməliyik”. 

 Mia.az Modern.az-a istinadən bildirir ki, bu sözləri "Azerros”– Rusiya Azərbaycanlılarının Mədəni Muxtariyyətinin Ağsaqqallar Şurasının sədri Abbas Abbasov ölkədə keçiriləcək prezident seçkiləri ilə bağlı mövqeyini açıqlayarkən bildirib: "1991-ci ildən bəri Azərbaycan demokratik inkişaf prosesində böyük yol keçib. Bu hərəkat özünü əməli işdə göstərib. Hesab edirəm ki, ölkədəki bu günkü inkişafın əsas təminatı Azərbaycanın apardığı sabitlik və varislik kursudur. İndiyə qədər qurulmuş nə varsa dağıtmaq olmaz. İnkişaf kursu düzgün müəyyənləşdirlib və davam etdirilməlidir. Məhz bu Heydər Əliyevin əsasını qoyduğu demokratik vətəndaş cəmiyyətinin qorunmasına imkan verəcək”. 

O hazırkı prezident İlham Əliyevlə çalışdığını xatırladıb: "Bu fəaliyyətdə həmişə əsas məqsəd xalqa xidmət etmək durb. Mənim mövqeyim əvvəlki kimidir və dəyişməyib”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA