İlham Əliyev:"Bakı ilə Sumqayıt arasında boş yer qalmayıb"

img

04-10-2013 [11:16]



"Sumqayıt Texnoparkında 5 zavodun tikintisi davam edir. Dünya miqyasında seçilən bu texnoparkda 14 zavod fəaliyyət göstərir".

Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfəri çərçivəsində 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında aparılan əsaslı təmirdən sonra açılışında çıxışı zamanı bu barədə məlumat verib. İ.Əliyev artıq Sumqayıtın heç də paytaxt Bakıdan geri qalmadığını diqqətə çatdırıb.

"Sumqayıtın ekoloji vəziyyəti daim diqqət mərkəzindədir. Çünki sovet dövründə Sumqayıtın ekoloji vəziyyəti ağır idi. Ancaq həqiqət elədir ki, bu gün Sumqayıt ən təmiz şəhərlərdən biridir. Çünki vaxtilə havanı çirkləndirən müəssisələr öz fəaliyyətini dayandırıb. Yeni müəssisələr isə çox yüksək ekoloji standartlar əsasında tikilir.
İndi Sumqayıt Bakıya yaxınlaşır. Coğrafi nöqteyi-nəzərdən demək olar ki, birləşib. İndi Bakı ilə Sumqayıt arasında boş yer qalmayıb. Fərdi evlərin, hündürmərtəbəli binaların tikintisi gedir. Ancaq yaşayış səviyyəsinə görə də Sumqayıt Bakıdan geri qalmamalıdır. Çünki böyük şəhərdir, gözəl tarixi, zəhmətkeş insanları var. Sumqayıt Bakıdan sonra Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA