Tovuzda ağır qəza: 4-cü kurs tələbəsi öldü, yaralananlar var + FOTO

img

30-04-2020 [15:19]


Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, Xatınlı kəndində 1984-cü il təvəllüdlü Azər Yusibovun idarə etdiyi “VAZ 21099” markalı avtomobil yolun kənarına aşıb. Nəticədə Tovuz rayonu Qədirli kənd sakini, 1999-cu il təvəllüdlü Quliyev Toğrul İlqar oğlu ölüb, həmin kənd sakini, 1983-cü il təvəllüdlü Yusifov Azər Səməndər oğlu və Xantalı kənd sakini, 1999-cu il təvəllüdlü Alıyev İdris İlqar oğlu isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Tovuzda baş verən yol qəzasında dünyasını dəyişən Toğrul Quliyevin tələbə olduğu məlum olub. 

O, Sumqayıt Dövlət Universitetinin 4-cü kursunda oxuyurmuş. 

Faktla bağlı araşdırma aparılır/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR