İsraildə koronavirusa yoluxanların sayı 15 782 nəfərə çatıb

img

29-04-2020 [12:51]


İsraildə koronavirusa yoluxanların sayı 15 782 nəfərə çatıb.

“Report” “Newsru”ya istinadən xəbər verir ki, məlumatı İsrail Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, son sutkada ölkədə 193 yeni yoluxma, 4 ölüm hadisəsi qeydə alınıb. Koronavirusdan ölənlərin ümumi sayı 212-yə çatıb, indiyədək 7 929 pasiyent sağalıb.

Məlumata görə, son günlər ağır xəstələrin sayında azalma müşayiət edilir.

Qeyd edilib ki, İsrailin müstəqillik günü münasibətilə karantin tədbirləri sərtləşdirilib. Sakinlərə aprelin 28-i saat 17:00-dan aprelin 29-u saat 20:00-dək yalnız dərman almaq məqsədilə evlərini tərk etməyə icazə verilir. 

Eyni zamanda yaşayış yerindən 100 metr uzaqlıqdakı məsafəyədək gəzintiyə çıxmaq olar. 

Aprelin 30-u saat 05:00-dan etibarən ictimai nəqliyyatın fəaliyyəti bərpa olunacaq və sabahdan karantin rejiminin yumşadılması qüvvəyə minəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR