Dərslər mayın 31-dək bağlı qalacaq - Türkiyədə

img

29-04-2020 [12:19]


Türkiyədə təhsil müəssisələrinin bu il mayın 31-dək bağlı qalmasına qərar verilib.

Bu barədə Milli Təhsil Naziri Ziya Səlcuq mətbuat konfransında  bildirib.

Nazir deyib ki, bu müddətdə onlayn təhsilə davam ediləcək. O, bu dərs ilinin itirilmiş hesab olunmayacağını bildirib: “Şagird və tələbələr növbəti tədris ilində təhsillərini yeni sinif və kurslarda davam etdirəcəklər”.

Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar mart ayında təhsil müəssisələrində tətil elan edilib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR