"Türkiyə-ABŞ müttəfiqiliyinin qədər vacib olduğunu...” - Ərdoğan Trampa belə məktub göndərdi

img

29-04-2020 [12:14]


"Əslində, bölgəmizdə, xüsusən də Suriya və Liviyada baş verən son hadisələr Türkiyə-ABŞ müttəfiqiliyi və əməkdaşlığının ən güclü şəkildə qorunmasının nə qədər vacib olduğunu bir daha göstərib”.

“Anadolu” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampa ünvanlandığı məktbunda bildirib. 

O, qlobal miqyasda böhran yaradan COVID-19 pandemiyasının Türkiyə, ABŞ və dünyada yol açdığı sınaqlara qarşı davam etdirilən əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyi bir daha təsdiqləndiyini qeyd edib.

Türkiyə prezidenti məktubda koronavirusun birgə səylərlə məğlub olacağına inandığını ifadə edib. 

R.T.Ərdoğan bu böhranla mübarizədə əldə olunan dərslər və inkişaf etdirilən yeni imkanlar ilə ictimai səhiyyə sahəsində gələcəyin daha güclü şəkildə inkişaf edəcəyinə inanır: "Bu baxımdan ABŞ-da pandemiyaya qarşı mübarizənizi yüksək qiymətləndirir, gördüyünüz tədbirlər sayəsində yoluxma və ölüm hallarının sayında azalma meyli əldə edərək normallaşma istiqamətində ilk addımlar atmağa başladığınızdan məmnunam. Bu müddətdə ölkəmin pandemiya ilə mübarizədə və normallaşma prosesində tələb olunan təməl ehtiyaclarını ödəməkdə, ABŞ-ın etibarlı və güclü tərəfdaşı olaraq hər cür həmrəyliyi göstərməyə davam edəcəyinə əmin ola bilərsiniz".

O, məktubda iki dövlət arasında pandemiyadan sonrakı dövrdə iqtisadi-ticari əməkdaşlığın davam etdirəcəklərini, habelə Türkiyə ilə ABŞ arasında ticarət dövriyyəsini 100 milyard ABŞ dollarına çatdıracaqlarını bildirib.

Qeyd edək ki, Türkiyə aprelin 28-də koronavirusa qarşı mübarizə çərçivəsində ABŞ-a yardım göndərib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub