“Əhali karantində olan-qalan pulunu da xərcləyib bitirib" - Müğənnilərdən toy qiymətləri haqda açqılamalar
29-04-2020 [11:31]
Karantin dövründə toy və el şənliklərinin ləğv edilməsi, bir sıra sahələr kimi müğənnilərin də "bazar"ını vurub. Lakin bir müddət əvvəl bəzi müğənnilərin yeni mövsüm üçün toy qiymətlərini qaldırdıqları iddia edilib. Ölkədə karantin rejimini bitdikdən sonra yenə toy mövsümü öz çal-çağırı ilə geri dönəcək.
Mia.az xəbər verir ki, “Ölkə.Az” şou əhlinin karantin sonrası toy qiymətləri ilə maraqlanıb.
Müğənni Mətanət Əsədova: “Təki hər zaman toy olsun. Qaldı ki müğənnilərin toy qiymətinin bahalaşmasına, bu hər kəsin şəxsi işidir, ona hər kəs özü qərar verəcək. Kim istəsə, qiymətdə dəyişiklik edib, bahalaşdıracaq. Öz adıma deyə bilərəm ki, yaxın gələcəkdə belə bir fikrim yoxdur”.
Müğənni Manaf Ağayev: “Mən düşünürəm ki, xalqımızın maddi vəziyyətinin yaxşı olmadığı bir zamanda, heç bir müğənni qiymət qaldırmaz. Əksinə, toy qiymətlərində endirim olacaq. Onsuz da indi kimin ağlına nə gəlirsə, onu da danışır. Mən öz adımdan əminliklə deyə bilərəm ki, mənim toy qiymətini qaldırmaq fikrim yoxdur. Təki xalqımız toy etsin. Qiymət qaldırmaq sonranın işidir”.
Xalq artisti, xanəndə Mələkxanım Əyyubova: “Biz hazırda toy qiymətlərində dəyişiklik edəcək halda deyilik. Dua edirik ki, tezliklə, Allahın köməkliyi ilə koronavirus bəlası bitsin və təki hər zaman toy olsun”.
Müğənni Nadir Qafarzadə: “Mən öz adımdan deyə bilərəm ki, toy qiymətlərində dəyişiklik etmək fikrində deyiləm. Karantində insanlar maddi sıxıntı çəkdiyi üçün maddi vəziyyətlərində çətinlik yaranıb. Qiymətləri qaldırmaq həmin insanlara qarşı haqsızlıq olardı. Belə bir deyim var “Çox istəyən azdan da olar”. Əgər qiymət qaldırmaq istəyən müğənnilər olacaqsa, onlara demək istəyərdim ki, camaatın dar günündən istifadə etməsinlər”.
Əməkdar artist, xanəndə Elnarə Abdullayeva: “Mənim toy qiymətində dəyişiklik etmək fikrim yoxdur. Məgər karantindən sonra insanlar varlanacaq ki, biz də qiymətləri qaldıraq?”
Əməkdar artist Nüşabə Ələsgərli: “Düzünü desəm, toy qiymətlərində bahalaşma barədə heç bir xəbərim yoxdur. Düşünürəm ki, bu barədə yayılan məlumatlar özündə heç bir həqiqəti əks etdirmir. Axı, kim millətin bu çətin anında insafsızlıq edib qiymət qaldırar?”
Müğənni Tacir Şahmalıoğlu: “Əhali karantində olan-qalan pulunu da xərcləyib bitirib. Camaatın imkanına görə də hərəkət etmək lazımdır. Mən hər zaman xalqımın, millətimin imkanına görə hərəkət etmişəm. Bəlkə də, bu, məndə Allah vergisidir. Mən insana baxanda kimi bilirəm ki, hansı gücə, imkana malikdir. Əgər bir insanın gücü beş manat verməyə çatırsa, ondan 10 manat istəməyin mənası yoxdur. Bəzi müğənnilər var ki, məndən yüksək qiymətə toya gedirlər, ancaq mənim ayağımın bildiyini onların başı bilmir”.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub