"30 manat yardım edəndə deyirlər ki, niyə 50 manatlıq yardım etmirsiniz?" - Nadir Qafarzadə "Yardımı məmurdan tələb edin" deyir
28-04-2020 [13:58]
“Həyatda məqsədsiz və mövqesiz insanlar var. Uğur qazanmaq üçün can atmayan insanlar oturub gözləyir ki, kimsə onlar üçün nəsə etsin. İnsan öz məqsədinə doğru getməlidir. Bu gün alınmırsa, sabah alınar deməlidir. Allah da çalışqan insanları sevir. Çalışqan insanlar hər zaman mükafatlandırılır”.
Mia.az xəbər verir ki, bu sözləri “Ölkə.Az”a açıqlamasında müğənni Nadir Qafarzadə səsləndirib.
İfaçı son zamanlar sosial şəbəkələrdə tənqid və təhqir dolu şərhlər yazan insanlardan da danışıb.
“Uğursuz insanlar çoxdur. Evdə oturaraq, özünü divandan qaldırmadan əlinə telefonu alıb, başlayır uğurlu insanlara tənqid və təhqir dolu şərhlər yazmağa, çünki paxıldır. Tənbəl insan ola bilər, lakin bir də var tərbiyəsiz insanlar. Bu tərbiyəsiz insanları mən “otxod” adlandırıram, onlar cəmiyyətin artıqlarıdır. Əllərindən söyməkdən başqa bir iş gəlmir. Biz Allahın qanunlarına riayət etmirik. Allah Nadirin taleyinə müğənnilik yazıb. Bu, nə mənim, nə də başqasının seçimidir. Bu, Allahın seçimidir, mənə yazdığı qismətdir. Yaxud da kiminsə bəxtinə nazir olmaq düşüb. Deməli, o da ona layiqdir. Lakin cahil insan bunu düşünmür”.
Daha sonra o, sosial şəbəkələrdə onu təhqir edən istifadəçilərdən də danışıb.
“Mən hər zaman sözün düzünü demişəm. Belə bir deyim var “Doğru söz danışanı yüz kənddən qovarlar”. Dahilər də hər zaman belə olub. Düzdür, mən özümə dahi demirəm, amma onlar da doğru söz dedikləri üçün hər zaman daş - qalaq olunublar. Lakin insanlar onların ölümündən sonra anlayıblar ki, bu insanlar həqiqət carçısı olublar. Ona görə deyiblər, sağlığında qiymət verin insanlara”.
“Heç olubmu ki, sizi təhqir edənlərdən hüquq-mühafizə orqanlarına şikayət etmisiniz” sualına isə ifaçı belə cavab verib.
“Yox, əsla. Mən heç vaxt hansısa adamcığaza görə dövləti, polisi narahat etmərəm. Elə insanlar olub, hər zaman da olacaqlar. Onlar cəmiyyətin boşluğunda olurlar. Mən isə həmişə dolu yerlərdə oluram. Elə insanları polis saxlasa belə, yenə də öz əməllərinə davam edəcəklər. Necə deyərlər, qozbeli qəbir düzəldər. Əvvəllər olub ki, belə 1-2 nəfərə cavab vermişəm. Ancaq indi düşünürəm ki, belələrinə cavab vermək lüzumsuzdur. Çünki mən cavabımla cılız insanları mükafatlandırmış, dəyərləndirmiş oluram. Allaha şükürlər olsun ki, mən taleyimlə barışmışam. 10-12 il əziyyət çəkəndən sonra Allah məni mükafatlandırıb”.
İfaçı təhqir yazan insanlara cavab verən həmkarlarından da danışıb.
“Elə həmkarlarım var ki, onları təhqir edən o cılız insanlara cavab verirlər. Mən heç kimi qınamıram. Demək ki, bıçaq sümüyə dirənib. Çünki, biz də insanıq. Elə insanlara deyərdim ki, hanı o məmurlar, deputatlar? Bu çətin gününüzdə yanınınızda deyillər. Ancaq təhqir etdiyiniz həmin o müğənnilər qapı-qapı düşüb, sizə yardım paylayırlar. Vallah, inandırım sizi, yenə də naşükürlük edirlər, başlayırlar müğənniləri söyməyə. Otuz manat yardım edəndə deyirlər ki, niyə 50 manatlıq yardım etmirsiniz? Biz əslində, heç kimə borclu deyilik. Bizim borcumuz yalnız Allahımızadır. Kimsə kiməsə yardım edirsə, ona təşəkkür etməliyik. Lakin insanlar bunu düşünmür. Heç kim məmurdan, biznesmendən yardım istəmir. Ancaq müğənnilərin adını çəkirlər. Çünki biz insanlarda qorxu var. Elə yəqin o səbəbdəndir ki, bizə “qılınc müsəlmanı” deyirlər.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub