03-10-2013 [14:38]
Sabiq prezident Ayaz Mütəllibov vəkil Aslan İsmayılovun ittihamlarına cavab verib. Yada salaq ki, A.İsmayılov bu günlərdə hay-küylü bəyanatla çıxış edib və A.Mütəllibovu və onun silahdaşı, prezidentliyə hazırkı namizəd Araz Əlizadəni satqınlıqda və siyasi riyakarlıqda ittiham etmişdi.
A.Mütəllibov isə virtualaz.org saytına açıqlamasında bildirib ki, o, A.İsmayılovla hər hansı polemikaya girmək arzusunda deyil.
"Mən bu adamı ümumiyyətlə tanımıram. Lakin bir şeyi demək istəyirəm: onun bəyanatı o qədər primitivdir ki, bu ittihamlara cavab verməyə adamın heç dili də gəlmir. Buna həvəsim belə yoxdur. Bir daha əmin oldum ki, Aslan İsmayılov kimi adamlar onlara sifariş verən şəxslərin maraqlarına uyğun olaraq hər şeyə və hamıya çirkab atmağa hazır dayanıblar. Bu bəyanatları oxuyanda adamda elə təəssürat yaranır ki, cənab İsmayılov özünün bu emosional nitqini öz hüquq kontorunda yox, lap elə bazarda hazırlayıb. O, iddia edir ki, guya mənim əllərimə qandal vurublar. Bütün bunlar ağ yalandır. İsmayılov heç nəyə əsaslanmadan belə danışmaq hüququnu haradan alıb? Axı o, özünü hüquqşünas adlandırır. İsmayılov həmçinin iddia edir ki, mən guya hansısa sahibkarları aldatmışam. Qoy o, həmin adamları bizə göstərsin, daha durub sağa-sola əsassıq, uydurma bəyanatlar verməsin. Mən taleyin hökmü ilə Azərbaycanı təmsil etmiş insanları qəbul etməyən ayrı-ayrı adamların hərəkətlərindən sadəcə olaraq heyrətlənirəm. Ən qəribəsi də odur ki, o, mənim adımı buna heç bir əsas olmadan hallandırır. Əgər Aslan İsmayılovun Araz Əlizadəyə qarşı hər hansı iddiası, etirazı, iradı varsa, mənim adımı niyə çəkir? Qoy onlar özləri mübahisə eləsinlər, daha mənim adımı bu işə qatmasınlar” - deyə A.Mütəllibov bildirib.
Azərbaycanda hakimiyyətin çox güclü, müxalifətin isə pərakəndə, dağınıq olduğunu həmişə dediyini, bu gün də təkrarladığını bildirən sabiq prezident daha sonra bunları söylədi: "Amma əgər biz demokratik cəmiyyətdə yaşayırıqsa, onda müxalifətin mövcudluğu vacibdir. Lakin bizim ölkəmizdə müxalifət deyəndə adamın gözünün qabağına yalnız qarşılıqlı təhqirlər, mübahisə və didişmələr gəlir. Bu isə onların xalq arasındakı nüfuzunu artıran işlər deyil”.
A.Mütəllibov bir daha vurğuladı ki, o, hazırda siyasətlə məşğul deyil. Sabiq prezident müxbirimizin "seçkilərdə iştirak edəcəksinizmi” sualına belə cavab verdi: "Yalnız sıravi vətəndaş kimi iştirak edəcəyəm. Şəxsən mən güclü Azərbaycana səs verəcəyəm. 80-90-cı illərin siyasətini gördük. Xalq öz taleyini avantüristlərə heç vaxt etibar etməyəcək. İndi ölkəmizin taleyinə görə nəhəng məsuliyyəti öz üzərinə götürmüş dövlət başçısının ünvanına çirkab püskürənləri görəndə bir daha əmin oluram ki, bu adamlar bütün bu illər ərzində heç nə öyrənə bilməyiblər”.
Prezident İlham Əliyev Pezeşkiana zəng etdi: "Azərbaycan gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır"
İranın iki bölgəsində güclü partlayış: 5 nəfər həlak olub - Generala sui-qəsd edlib?
“Karvan-Yevlax”ın icraçı direktoru: “Buraxılmış səhvlər təkrarlanmayacaq” - Yevlaxda yeni stadion tikilir
Biznesdə yeni trend - Çinarə Ağayeva freelance və gig-iqtisadiyyatdan danışır: "Daimi iş" anlayışı dəyişir”
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Sabah hava necə olacaq? - Proqnoz
Qazi 63 yaşlı anasını öldürdü, gəlini bıçaqladı, daha sonra isə... - Goranboyda dəhşətli hadisə (FOTO)
Süleyman Mikayılov getdi, bəs İcra Hakimiyyətinə kim rəhbərlik edir?
Türkiyədə daha bir məşhur aparıcı saxlanılıb - Narkotik ittihamı ilə
“Karvan-Yevlax” azarkeşlərin üzünü güldürəcəkmi? - Baş məşqçi: “Futbolçularım fərdi səhvlər buraxır” (VİDEO)
Bakı - Brüssel: vazkeçilməz ittifaq...- TƏHLİL
Ağdamda ər arvadını baltalayıb
Bakıda Xalq artistinin oğlu döyülüb
Azərbaycan neftinin qiyməti 73 dolları ötüb
WUF13-lə bağlı iclas - Dünya parlamentlərinə çağırış olunub
Rəsulzadənin anadan olmasından 142 il ötür
Leyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşdü
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hikmət Hacıyevdən İranla bağlı açıqlama: "ABŞ-nin mümkün zərbəsi..." - "Azərbaycan özünü iki qlobal münaqişə arasında hiss edir"
TRAMPDAN TEHRANA DAHA BİR XƏBƏRDARLIQ: "Çoxlu gəmi göndəririk, əgər razılaşma əldə etsək..."
Prezident onları mükafatlandırdı - SİYAHI +FOTOLAR (YENİLƏNİB)
İcra başçısı vəzifədən niyə azad edildi? - Maraqlı iddia yayıldı
16 İLİN İCRA BAŞÇISI YOLA SALINDI - Prezident sərəncam imzaladı
Hacıqabulda palçıq vulkanı püskürüb
Livakoviçin yeni klubu bəlli oldu
Xələf Xələfov Pakistanda XİN başçısı ilə görüşüb - Müzakirə + FOTO
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
Ərdoğan İran XİN başçısı ilə görüşüb
“Veysəloğlu” MMC-nin layihəsi çərçivəsində “OBA MMC liderləri ilə dialoq” mövzusunda panel müzakirəsi keçirilib - FOTOLAR
Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Futbolda mərc/qumar oyunu: daha 304 məşqçi cəzalandırılacaq
Avropa Liqasının pley-off mərhələsinin püşkü atıldı - "Fənərbağça"nın rəqibi bəlli oldu
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Prezident Tədbirlər Planını təsdiqlədi - DETALLAR
DSMF KEÇMİŞ NAZİRİN PENSİYA PULUNA "QARMAQ" ATIB - 5858 manat pensiya alan sabiq nazir nədən narazıdır?
"Bunları etməyin!" - Baş Prokurorluqdan əhaliyə çağırış oldu
Riad Rəfiyev: "Yevlaxda vaxtilə məşq etdiyim meydançada gəzişdim" - "Sumqayıt"ın prezidenti Mia.az-a danışdı (VİDEO)
İran XİN başçısı Hakan Fiddanla brifinqdə: "ABŞ-la müzakirəyə hazırıq" - "Müharibə bütün bölgəyə təhlükə yaradacaq"
Çempionlar Liqası: pley-off mərhələsinin püşkü atıldı, "Qarabağ"ın rəqibi bəlli oldu
Zelenskidən Putinə açıq mesaj: "Ərazi bütövlüyümüz pozula bilməz, digər məsələlərdə isə..."
Fevral ayına olan hava proqnozu açıqlandı
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Hikmət Hacıyevlə BMT rəsmisi görüşüb