"Onun hazırda özünü necə hiss etməsindən xəbərdaram" - Tramp Şimali Koreya liderinin səhhətindən danışdı

img

28-04-2020 [10:11]


ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının (KXDR) Dövlət Şurasının sədri Kim Çen Inın səhhəti ilə bağlı açıqlama verib.

 Ağ Ev lideri keçirdiyi brifinqdə jurnalistlərin Kim Çen Inla bağlı yaxın gələcəkdə dəqiq məlumat ala biləcəklərini söyləyib:

“Sizə dəqiq bir şey deyə bilmərəm. Çox yaxşı bir fikrim var, amma indi bu barədə danışa bilmərəm. Ona yalnız ən yaxşı arzularımı çatdırıram. Ümid edirəm ki, onunla hər şey yaxşıdır. Mən onun hazırda özünü necə hiss etməsindən xəbərdaram. Bu barədə siz yaxın vaxtlarda məlumat ala biləcəksiniz ”. 


Digər xəbərlər
SON XƏBƏRLƏR