Şimali Koreya liderinin səhhəti ilıə bağlı rəsmi məlumat yayıldı

img

27-04-2020 [10:39]


Şimali Koreyanın lideri Kim Çen Inın səhhəti ilə bağlı yayılan şayiələri təsdiqləyəcək heç bir əlamət müşahidə edilməyib.

“RİA Novosti” xəbər verir ki, bu barədə Cənubi Koreyanın Milli Birlik İşlər üzrə Nazirliyinin aprelin 27-də yaydığı açıqlamada vurğulanıb.

“Şimali Koreyanın Milli Təhlükəsizlik Şurasının Rəyasət Heyəti iclasının artıq elan etdiyi kimi Şimali Koreya Dövlət Şurasının sədri Kim Çen Inın sağlığı ilə bağlı yayılan şayiələri təsdiqləyəcək heç bir qeyri-adi tendensiya müşahidə edilməyib”, - Cənubi Koreyanın Milli Birlik İşlər üzrə Nazirliyin sözçüsü Ço Xe Sil aprelin 27-də Seulda keçirdiyi mətbuat konfransında bildirib.

Qeyd edək ki, Kim Çen Inın cərrahiyyə əməliyyatından sonra sağlığında problem olduğu barədə qeyri-rəsmi məlumatlar yayılıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR