"Həbsdə olanda ailəmə 300 manat lazım idi, bacılarıma dedim ki..." - Fədayə Laçın "dostları"nın ona arxa çevirdiyini açıqladı
26-04-2020 [00:12]
Müğənni Fədayə Laçın "İnstagram"da canlı yayımda maraqlı açıqlamalar edib.
O, hazırda Rusiyada olduğunu bildirib: "Novruz bayramı ərəfəsində dostlarım mənə dəstək üçün Moskva şəhərində bir neçə konsert proqramı təşkil etdilər. Mən də o konsertlərdə iştirak etdim. Sonra karantinə görə, yollar bağlandı, Azərbaycana qayıda bilmədik".
"Həbsdə olanda yanıma çox insan gəlmək istəyirdi. Orada məni ziyarət etmək üçün ancaq ailə üzvlərimə icazə verilirdi. Buna görə də onlarla görüşə bilmirdim. Həbsxanada mənimlə fərqli davranırdılar. Mənə çox hörmət edirdilər. Bildiyiniz kimi cəzamı Kürdəxanı İstintaq Təcridxanasında çəkmişəm. Orada "kamera" rejimi idi. Bütün günü 4 divar arasında idik, açıq havaya çıxmağa icazə yox idi. Yoldaşlarımla çox mehriban idik. Məni çox istəyirdilər",- bu sözləri F.Laçın həbsxanadakı günlərindən danışarkən deyib.
İfaçı azadlığa çıxdıqdan sonra heç bir efir qadağası ilə üzləşmədiyini də bildirib: "Əksinə, efirlərə çıxmaq üçün tez-tez təkliflər almağa başladım, bu baxımdan heç bir problemlə üzləşməmişəm. Əgər bütün təklifləri dəyərləndirsəm, gərək həftədə 10 dəfə efirdə olum. Baxmayaraq ki, hazırda vətəndən uzaqdayam, yenə də dəvətlər alıram".
O, çətin günlərində dost dediyi insanların ona arxa çevirdiklərini də vurğulayıb.
"Bu vaxt ərzində insanların etibarsızlığını gördüm. Elə bilirdim hamı yaxşı insandır. Ancaq həbsdə olduğum zaman başa düşdüm ki, mən yanılmışam. Dost dediyim insanlar mənə arxa çevirdilər. Halbuki, onların məclislərində təmənnasız iştirak etmişəm. Həmin o insanlar adicə ailəmə "keçmiş olsun" belə demədilər. Əksinə, dost demədiyim, gözləmədiyim insanlar mənə dəstək oldular, arxa durdular. Artıq özümə söz vermişəm ki, bir daha belə məclislərdə iştirak etməyəcəyəm. Ancaq 2-3 el şənliyində təmənnasız iştirak etmişəm. Onlar da mənim dar günümün dostlarıdır. Düşünürəm ki, belə insanlara ömrümün sonuna qədər borcluyam. Düzü, mən heç kimdən kömək gözləməmişəm. Düşünmüşəm ki, heç kəs mənə borclu deyil. Lakin elə insanlar olub ki, onlara ərk etmişəm. Ailəmin vəziyyəti pis olub, demişəm ki, filankəsə zəng edin, deyin Fədayə verib nömrənizi 300 manat pul lazımdır. Çıxanda borcunuzu qaytaracaq. Yalan deməyəcəm. Belə 2-3 nəfərə müraciət etmişəm. Həmin insanlar isə bacılarımla əlaqə saxlayacaqlarını söz versələr də, sonradan heç onları axtarmayıblar. Mən hər zaman özümü bu qədər dostum olduğu üçün xoşbəxt sayırdım. Düşünürdüm ki, sabah başıma bir iş gəlsə oğlum tək qalmaz, ona dəstək olarlar. Ancaq həbsxanaya düşdükdən sonra tamamilə yanlış düşündüyümü gördüm. Anladım ki, dost dediklərim əslində mənim dostlarım deyilmiş. Mən bu zaman ərzində dostumu, düşmənimi daha yaxşı tanıdım".
Sonda Fədayə Laçın heç vaxt duet ifa etməyəcəyi fikrinə də aydınlıq gətirib.
"Mən heç kimlə duet oxumayacağımı deməmişəm. Sadəcə, keçmiş ortağımla duet oxumaq fikrimin olmadığını bildirmişəm",- deyə, o, qeyd edib.
Qeyd edək ki, Fədayə Laçın uzun illər müğənni Tacir Şahmalıoğlu ilə duet ortağı olub. İfaçı azadlığa çıxdıqdan sonra Tacirlə bir daha duet oxumayacağı ilə bağlı söz-söhbətlər dolaşırdı. Lakin o, bu iddiaları təkzib edib, hətta onlar el şənliklərinin birində duet də ifa edib/Ölke.az.
İspaniya XİN başçısı: "NATO lazım gələrsə Qrenlandiyanın təhlükəsizliyini gücləndirə bilər"
Türkiyədə İŞİD-ə qarşı əməliyyat: saxlanılanlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Xabi Alonso istefaya göndərilib
Mübariz Mənsimovu kim "vurdurur" və ya Türkiyədəki saxta xəbər Azərbaycan "bazarı"na necə girib?
Əli Kərimlinin müavini istintaqa çağırıldı - Ramiz Mehdiyevlə bağlı
"Beşiktaş" Emmanuel Aqbadunu transfer edir
Denis Draquş "Qaziantep"ə transfer olunub
"Azercell Telecom" yeni rouminq paketlərini istifadəyə verir
"Trabzonspor" Serdar Saatçını icarəyə verib
"Qalatasaray" Can Armando Günerin transferində "dalan"a dirənib
"Beşiktaş" Qabriel Paulista ilə yolların ayırıb
Solovyova görə Ermənistan Rusiyaya nota verib
Özbəkistan və Türkiyə arasında strateji tərəfdaşlığın gücləndirilməsi müzakirə edilib
Xaricdə təhsil üzrə Dövlət Proqramı: universitet və proqramların siyahısı təsdiqləndi
Tramp özünü "NATO-nun xilaskarı" adlandırıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Azərbaycanda havanın temperaturu 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Şəkidə 66 yaşlı kişi öldürülüb
Qaribaşvili beş il müddətinə azadlıqdan məhrum edilə bilər
Bu gün geomaqnit qasırğası gözlənilir
Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb
PREZİDENT MÜŞAVİRƏ ÇAĞIRDI - Müzakirə + FOTOLAR (Yenilənib)
Azərbaycan və Sudan XİN-ləri arasında siyasi məsləhətləşmə keçirilib
İranlı narkotacirin Bakıdakı kuryerləri saxlanılıb
"Bonte" restoranında tavan çöküb
"Süni intellekt, “ChatGPT” və digər amillər sadəcə olaraq bir vasitədir" - Misir Mərdanov "Heç bir şey kitabı, danışığı əvəz edə bilməz" deyir
Ehtiyatdan çağırılan zabitlərlə bağlı dəyişiklik - Prezident yeni qanunu təsdiqlədi
"Oleq Bakinski"yə Amnistiya aktı şamil olunub
RƏSMİ TEHRANDAN MÜHARİBƏ ANONSU: "Savaşa da hazırıq"
Ötən il 27,7 milyon ton neft, 51,5 milyard kubmetr təbii qaz hasil olunub - Statistika
Şəhid Bəhmən Səfərəliyevin xatirəsi anılıb - VİDEO
Leyla Əliyeva şəhid ailəsini ziyarət etdi - FOTO
Bakıya sulu qar yağacaq - Sabahın hava proqnozu
İRANLA BAĞLI BƏZİ QEYDLƏR - Fazil Mustafa yazır
Əhməd İsmayılov: "Azərbaycan mediasının iqtisadi dayanıqlığının gücləndirilməsi, müstəqil, güclü..." - MÜSAHİBƏ
Xəzərin üzərindən Bakının mərkəzinə körpü salınır? - Rəsmi açıqlama
Gəncədə tələbə dərs vaxtı qəfil vəfat edib
Azərbaycan qazının büdcə qiyməti 440 dollardan götürülüb