"Ona o qədər aşiq idim ki..." - Cəmi 20 gün işləyib milyonlar qazanan model indi küçələrdə qalır + FOTOLAR

img

25-04-2020 [20:27]


1980-ci illərin məşhur modeli Nastasiya Urbano indi küçələrdə yaşayır.

Mia.az xarici mətbuata istinadla bildirir ki, ilin 20 günü populyar jurnallarının üz qabığı üçün müxtəlif pozalarda fotosessiya etdirən, eyni zamanda, müxtəlif reklamlara çəkilərək milyonlarla dollar qazanan Urbano indi evinin kirayəsini belə ödəyə bilmir.

O, hazırkı mskin vəziyyətini keçmiş həyat yoldaşı ilə əlaqələndirib: "Ona o qədər aşiq idim ki... Gözüm heç nəyi görmürdü. Bir gün dedi ki, filan maşını istəyirəm, aldı, təbii çeki baxmadan mən imzaladım. Eləcə də digər evlər, səyahətlər, müxtəlif bahalı maşınlar və daha nələr almadı ki... Birdə ayıldım ki, heç nəym yoxdur, bütün pullarım havaya sovrulub...".

Məşhur model deyi ki, bundan sonra həyat yoldaşı ondan ayrılıb: "Mən isə ev kirayəsini ödəyə bilmədiyim üçün küçələrdə qalmalı oldum".

Barselonalı manikenin əvvəlki gözəlliyindən əsar-əlamət qalmasa da, jurnallardan biri onun halına bu halına acıb.

Belə ki, məşhur jurnallardan biri onu yenidən çəkilişə dəvət edib 

İspaniya mətbuatı bu dəvəti "Barselonanın evsiz modeli Nastasiya Urbano kameraların önünə geri döndü"  xəbəri ilə yayımlayıb.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR