Müğənni Nazənin xəstəxanaya yerləşdirilib

img

25-04-2020 [16:23]


Müğənni Nazənin Salayeva xəstəxanaya yerləşdirilib.

Bu barədə müğənni Afət Fərmanqızı sosial media hesabında məlumat verib.

Xəstəxanadan video paylaşan Afət palatada Nazəninlə söhbət edib və həmkarının bir neçə dəqiqədən sonra əməliyyata girəcəyini bildirib.

Məsələyə bağlı Oxu.Az-ın əməkdaşı müğənni Afət Fərmanqızı ilə əlaqə yaradıb. Müğənni həmkarının keçirəcəyi əməliyyatın plastik və estetik olmadığını söyləyib:

“Son iki gündə Nazənin özünü yaxşı hiss eləmirdi. Təzyiqi yüksək olduğundan onu əməliyyat edə bilmirdilər. Hələ də təzyiqi var. Amma bu əməliyyatı nə qədər tez keçirsə, bir o qədər yaxşıdır. Çünki Nazəninin həyatı təhlükədədir. Əməliyyat 5-6 saat peşəkar cərrah tərəfindən icra ediləcək. Kifayət qədər ciddi və ağır əməliyyatdır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR